Çak Şuldiner

Çarlz Maykl Şuldiner (ing. Charles "Chuck" Michael Schuldiner; 13 may 1967[1], Nyu-York, Nyu-York ştatı13 dekabr 2001[1], Altamont Sprinqs[d], Florida) — Amerikalı musiqiçi, ilk det-metal qruplarından olan "Death"-in qurucusu.

Çak Şuldiner
ing. Charles Michael Schuldiner
Ümumi məlumatlar
Ləqəbi "Death Metal"ın atası
Doğum tarixi 13 may 1967(1967-05-13)[1]
Doğum yeri
Vəfat tarixi 13 dekabr 2001(2001-12-13)[1] (34 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin xərçəngi[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti gitaraçı, müğənni, bəstəkar, mahnı yazarı[d]
Fəaliyyət illəri 1983–2001
Janrlar det-metal, proqressiv metal[d]
Musiqi alətləri gitara
Səs tembri tenor, bariton
Üzvlüyü Death, Slaughter, Control Denied, Voodoocult, Mantas
emptywords.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun 9 yaşı olanda 16 yaşlı qardaşı bədbəxt hadisə nəticəsində ölmüşdür. Ailəsi Çakı bu ağır hadisəni unutduracağını ümid edərək, gitara alır. Çak klassik gitarada ifa etməyi öyrənir, amma tezliklə bundan bezir. Valideynləri ona elektrogitara aldıqda isə bu, tezliklə onun sevimli əşyasını çevrilir və o bundan sonra demək olar ki, həmişə gitarasında ifa etməyə və mahnılar yazmağa başlayır. Çakın sevdiyi qruplara Kiss, Iron Maiden, Billy Idol və s. daxil idi. 1983-cü ildə o, Mantas qrupunu yaradır. 1984-cü ildə qrupun adı Death olaraq dəyişdirilir. 1987-ci ildə qrup nəhayət ki, ilk albomu olan — Scream Bloody Gore albomunu buraxır. 1988-ci ildə Leprosy, 1990-cı ildə Spiritual Healing albomları buraxılır. Spiritual Healing-dən sonra Çak qrupun bütün üzvləri ilə işini dayandırır və yalnız studiya və konsert musiqiçiləri ilə işləyir. Buna səbəb kimi hazırkı heyətlə münasibətlərin pis olması göstərilir.

1991-ci ildə buraxılan Human albomunda Death Metal-ın texniki cəhətdən daha inkişaf etmiş formasını eşitmək olar. Məhz bu faktor Çakı bir gitarist kimi daha da yüksəyə qaldırdı. Bundan sonra 1993-cü ildə buraxılan Individual Thought Patterns, 1995-ci ildə buraxılan Symbolic və Death-in son albomu Sound of Perseverance onu sevilən musiqiçilərdən birinə çevirdi. 1996-cı ildə o, Control Denied qrupunu yaratdı və 1999-cu ildə yeganə albomu — The Fragile Art of Existence-i buraxdı.

1999-cu ildə Çakın başının arxa nahiyəsində ağrılar başladı. İlk öncə bunun sinirlə bağlı problem olduğu güman edilirdi, lakin tomoqrafik müayinədən sonra mayın 13-də Çaka beyin xərçəngi diaqnozu qoyuldu. Çak gecikmədən müalicəyə başladı. 1999-cu ilin oktyabrında bədxassəli şişin zərərsizləşdirilməsi haqqında xəbər verildi. 2000-ci ilin yanvarında isə şişin qalıqlarını təmizləmək üçün cərrahiyə əməliyyatı aparıldı. Əməliyyat uğurla həyata keçsə də, Şuldinerlər ailəsi maddi cəhətdən demək olar ki, bankrot olmuşdular. Əməliyyatın ümumi məbləği 70.000 ABŞ dolları məbləğində dəyərləndirilirdi. Bu xərci bağlamaq üçün xeyriyyə aksiyaları, konsertlər, auksionlar keçirildi. Pullar həm də Çakın həyatının təhlükədə ola biləcəyindən şokda olan Metallistlər birliyinin üzvləri tərəfindən göndərilirdi. Çoxları Çakın həyatının sırf maliyyə vəziyyətinə görə təhlükədə ola biləcəyindən qorxurdular, lakin həkimlər ilk diaqnozun səhv qoyulduğunu dedilər. 2001-ci ildə xərçəng yenidən qayıtdı. Bu vaxt Çak "Control Denied"-da yeni albom üzərində işləyirdi. O maliyyə vəziyyətinə görə təcilən başlamalı olduğu müalicədən imtina etdi. Çakın istifadə etdiyi dərmanlar çox güclü idilər və bunun nəticəsində onun orqanizmi çox həssaslaşmışdı. Çak sona qədər qorxmadan xərçənglə mübarizə apardı. Lakin, həmin ilin oktyabrında onun səhhətinə həlledici zərbəni vuran pnevmoniya xəstəliyinə tutuldu. Çak Şuldiner 2001-ci il dekabrın 13-ü saat 4 radələrində dünyasını dəyişdi.

Death
  • 1987: Scream Bloody Gore
  • 1988: Leprosy
  • 1990: Spiritual Healing
  • 1991: Human
  • 1993: Individual Thought Patterns
  • 1995: Symbolic
  • 1998: The Sound of Perseverance
Voodoocult
  • 1994: Jesus Killing Machine
Control Denied
  • 1999: The Fragile Art of Existence
  1. 1 2 3 4 Chuck Schuldiner // Encyclopaedia Metallum. 2002.