Det-metal


Det metal (ing. Death metal) — Qərbdə kommunizmə qarşı formalaşan hirsli təzyiq dövründə bu musiqi, nihilist bir ideya, ya da inanca qarşı bir təzyiq idi. Gitaraların tonlarındakı sərtlik, nifrət, yüksək tonlarda düzəldilmiş musiqi sistemləri və vəhşi vokallar. Hamısı bu qarşıdurmanın "inasanlığın siyasi əməllərə alət edilməsi, müharibələrin məqsədləri və s.."-yə bir simvoldur.

Det Metal
Death Metal
İstiqamət Metal
Mənbəsi treş metal, erkən blək metal
Yarandığı dövr 1980-ci illərin ortası
Ölkə ABŞ ABŞ
Tipik alət elektro gitara, bas, baraban
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Death metal illərdir tərəfindən hər hansı bir ad verilmədən bəzi qruplar tərəfindan icra edilirdi. Speed Metal dövründə Destruction, Thrash Metal dövründə Cryptic Slaughter və hərdən hardcore qrupu The Exploited, bu tərzi ilk vaxtlarda bu tərzdən bacarıqla istifadə edən qruplardandır. Ornegin, the Exploitedin işlətdiyi gitara rifləri bu günün Death Metalda tez-tez istifadə edilən riflərdəndir. (xüsusilə "Lets Have A War" albomu).

Bir çox qrup musiqilərini, inkişaf etmiş gitara rifləri, sürətli gitara soloları və bəzi ritmlərlə bəzəyirdilər. Yeni yaranmış bu tərzin adı "Death metal" idi. Köhnə nihilist qruplardan bəhrələnən yeni qrupların musiqi texnikası və sözləri daha vacib vüsət almışdı. Xaotik sərt ritmlər, bəzən mifoloji hekayələr mahnıların əsasını təşkil edirdi.

Bu tərzin atası və ən vacib qrupları kimi qəbul edilən Death, Obituary, Malevolant Creation, Master, Hatebreed və Eternal Bleedingdir. Hatebreed-dən başqa bütün adı çəkiln qrupların hamısı Florida dandır. Buna görə də Death Metal-ın vətəni Florida bilinir.

Ümumiyyətlə Death Metal, narahat edən, zəhlətökən musiqi kimi görünürdü. Bunun səbəbi isə vokallar idi. Vokallar məhz boğazdan gəlirdi və ürkütücü səslənirdi. Bu səs, vəhşi heyvanın, üstünə hücum etməyə hazırlaşan düşmanını qorxutmaq üçün çıxardığı vahiməli qışqırığa oxşayırdı. Barabançılar adətən 2 bas barabandan istifadə edirdilər və 2 cür ritm əmələ gətirirdilər. Bəzən fonda klassik alətlərlə yanaşı başqa sinfonik alətlər də olurdu. Amma heç vaxt bu alətlər 1-ci dərəcəli kimi qəbul edilməyib. Mahnılarda rok , cazblues janrlarda işlədilən ritmlər, mərhəmətsiz gitara soloları, riffləri və bateri soloları ilə işlədilməkdə idi. Bir çox dinləyici bu tərzi dünyaya aid olmayan sadist və antisosial olaraq qəbul edirdi.

Death Metal underground (yeraltı) musiqi kimi yaranmışdı. Yəni maddi gəlirdən çox musiqidən alınan ləzzət əsas idi. Nifrət musiqi olaraq bilinən bu tərzdə bəzi qruplar musiqilərindəki sərtlik və ritmlə bərabər, fərqli mahnı sözləri ilə diqqət cəlb edib. Ən vacib nümunə Cannibal Corpse qrupudur. Sözlərində "Çəkiclə parçalanmış sifət", "Bıçaqla cinsi əlaqə" və s. kimi ifadələrlə bərabər, vəhşilik, anormallıq yer alır.

Bu gün Death Metal, nə qədər də 90-cı illərdəki kimi güclü olmasa da, hələ də sərt ritmlər, lokomotiv bateri tonları və vəhşi vokallar işlədə bilən qrupların sayəsində yaşamaqdadır.

Det metal qrupları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

All music