Çalıquşu — Rəşad Nuri Güntəkinin romanı. İlk dəfə 1922-ci ildə nəşr olunmuşdur.
Çalıquşu | |
---|---|
türk. Çalıkuşu | |
| |
Müəllif | Rəşad Nuri Güntəkin |
Janrlar | Macəra, məhəbbət, faciə |
Orijinalın dili | Türk dili |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 1922 |
Tərcüməçi |
1929: Xalid Səid 1959: Mikayıl Rzaquluzadə |
Nəşriyyat |
1929: Azərnəşr 1959: Uşaqgəncnəşr 1987: İşıq 2006: Şərq-Qərb 2014: Bakı Kitab Klubu |
Nəşr | Yumşaq |
Səhifə |
1959: 416 2006: 376 2014: 400 |
Növ | Roman |
Tiraj | 2017: 50 |
ISBN |
2006: ISBN 978-9952-34-037-2 2014: ISBN 978-9952-8245-4-4 |
Vikianbarda əlaqəli mediafayllar |
Romanda əsərin qəhrəmanı Fəridənin — Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsil türk qızının obrazı bədii ustalıqla qələmə alınmışdır. Roman müəllifin demək olar ki, ədəbi taleyini həll edir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir.
Roman Azərbaycan dilinə Xalid Səid tərəfindən tərcümə edilərək, 1929-cu ildə Bakıda qısaldılmış versiya ilə Azərnəşrdə çap olunmuşdur. Romanın ən geniş yayılmış tərcüməsi isə yazıçı Mikayıl Rzaquluzadəyə aiddir. M. Rzaquludanənin tərcüməsi Uşaqgəncnəşr tərəfindən 1959-cu ildə 416 səhifədə, İşıq nəşriyyatı tərəfindən 1987-ci ildə, Şərq-Qərb nəşriyyatı tərəfindən 2006-cı ildə 376 səhifədə[1], Bakı Kitab Klubu tərəfindən 2014[2] və 2017-ci illərdə Bakıda 400 səhifədə 50 tirajla çap edilmişdir.[3]