Faciə

Faciə — əsasını barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşması təşkil edən və adətən qəhrəmanının ölümü ilə nəticələnən dramatik əsər; tragediya.[1] Attika faciəsi - (hərfi "keçilərin mahnısı"). Yunanıstanda lirika özünü arxaika dövründə ifadə etdiyi kimi, e.ə V əsr Afina ədəbi, bədii yaradıcılığın mərkəzi olanda, faciə(traqediya) və məsxərə(komediya) dili ilə danışdı. Faciə xorla,keçi dərisi geyinmiş və Dionisin daimi yoldaşlarını təsvir edən "satir"lar tərəfindən oxunan mahnılardan, difiramlardan yaranmışdı. Satirlərin yaxud "keçilərin" belə xorları, artıq e.ə VII əsrdə, bütün Yunanıstanda mövcud idi. Pisistratın, ümumdövlət Böyük Dionisilər bayramını təsis etməsinin sayəsində, xalqın Dionisi kultu indi artıq rəsmi hökumətin dəstəyinə arxalanmağa başladı.[1]

Ən tanınmış faciə yazıçıları: Şekspir, Esxil, Sofokl, Evripid, Jan Rasin. Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirov olmuşdur. Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında yazdığı faciələri ilə dərin iz qoymuşdur.

  • История культуры Древней Греции и Рима. Москва "Высшая школа" 1990 səh. 109
  1. "Terminologiya". 2013-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-28.