Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Çaldaş məbədi - Abidə Gədəbəy rayonunun Çaldaş kəndində şəxsi həyətyanı sahədə yerləşir və Qafqaz Albaniyasının maddi irsinə aiddir.
Çaldaş kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gədəbəy |
Yerləşir | Çaldaş |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | IX-XI əsrlər |
|
IX-XI əsrlərə aid olduğu güman edilən bu alban məbədinin dam örtüyü tamamilə dağılıb. Məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bu günəcən qalıb.
Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar və alimlər tərəfindən öyrənilir. Amma bu Gədəbəydə aşkar olunan yeganə alban məbədi deyil.