Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni zamanda digər həyati vacib üzv və orqanlar üçün "yuva" və ya yataq təşkil etmiş olur.
Çanaq | |
---|---|
| |
| |
Latınca | Pelvis |
Qrey | subyekt 58 238 |
Vikianbarda əlaqəli mediafayllar |
Çanaq boşluğu lat. cavitas pelvis çanağın bir cüt adsız sümüklərinin arxadan (14–16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən) oma sümüyü və öndən simfiz — qasıq bitişməsi (lat. symphisis pubica) vasitəsilə bir-biriləri ilə bitişmələrindən yaranmış boşluq olub, iki hissəyə bölünür:
Böyük və kiçik çanaqlar arasındakı səd oma sümüyü dimdiyindən (lat. promontory), qalça sümüyünün qövsi xəttindən, qasıq sümüyünün yuxarı ayağının və qasıq bitişməsinin (lat. symphisis pubica) yuxarı kənarından keçir.
Böyük çanaq boşluğu qarın boşluğunun aşağı şöbəsini təşkil edir. Burada aşağı qarın boşluğu orqanları yerləşir.
Kiçik çanaqda isə sidiklik, düz bağırsaq, qadınlarda uşaqlıq, uşaqlıq borusu, yumurtalıq artımları, yumurtalıq, uşaqlıq yolu, kişilərdə prostat və toxum kisəsi yerləşir.
Həddi büluğa çatmış insanlarda çanaq qurşağı cinsə müvafiq formalaşmış olur. Belə ki, qadınlarda çanaq qurşağı və onun boşluğu kişilərlə müqayisədə daha geniş olur. Bu da hamiləlik və doğuş kimi fizioloji proseslərlə əlaqəlidir. Çanaq qurşağının forma və ölçüləri doğuş prosessi üçün çox vacib şərtlərdən sayılır. Çanaq qurşağının ölçülərini qadınlarda təyin etmək üçün xüsusi Martina çanaqölçənindən, eləcə də uşaqlıq yolundan bimanual müayinə üsulundan istifadə olunur.
Çanağın adsız sümüklərinə ön və arxadan qarın, həmçinin bel və fəqərə əzələləri bağlanır, bundan başqa bir neçə aşağı ətraf əzələləri ondan başlanğıc götürürlər. Çanaq qurşağı əzələləri daxili və xarici olmaqla iki qrupa bölünür: