Böyük bel əzələsi (lat. Musculus psoas major) çanağın daxili qrup əzələlərinə aid olub, XII döş - V bel fəqərələrinin köndələn çıxıntılarından və müvafiq fəqərələrarası disklərin yan kənarlarından başlanğıc götürərək, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Böyük bel əzələsi | |
---|---|
Böyük bel və qonşu əzələlər | |
Latınca | Musculus psoas major |
Başlanır | XII döş - V bel fəqərələrinin köndələn çıxıntılarından və müvafiq fəqərələrarası disklərin yan kənarlarından |
Bağlanır | Bud sümüyünün kiçik troxanter çıxıntısı |
Arteriya | Qalça-bel arteriyasının bel şaxəsi |
Sinir | Bel kələfi L1-L3 sinirlərinin ön şaxələri. |
Vəzifəsi | Budu qatlama və bayıra hərləmə |
Antaqonisti | Böyük sağrı əzələsi |
MeSH | Psoas+Muscles |