Çanaqqala Şəhidləri Abidəsi - Çanaqqala ilçə sərhədləri daxilində Gelibolu yarımadasında, Dardanel boğazının ucunda, Morto Koyu qarşısındakı Hisarlık Təpə üstündə yerləşən abidə.[1][2]
Çanaqqala Şəhidləri Abidəsi | |
---|---|
türk. Çanakkale Şehitleri Anıtı | |
40°03′00″ şm. e. 26°13′09″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Çanaqqala |
Yerləşir | Türkiyə |
Layihə müəllifi | Feridun Kip, Doğan Erginbaş və İsmayıl Utkular |
Memar | Feridun Kip, Doğan Erginbaş və İsmayıl Utkular |
Tikilmə tarixi | 17 aprel 1954 - 21 avqust 1960 |
Üslubu | abidə |
Hündürlüyü | 41,7 m |
Sahəsi | 62,5 |
Vikianbarda əlaqəli mediafayllar |
Çanaqqala Şəhidləri Abidəsi 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Çanaqqala dyüşlərində həlak olan türk əsgərlərinin xatirəsinə inşa edilmişdir.[3] Dörd sütun və bir qübbədən ibarət, 41,7 metr hündürlüyündə olan abidə Feridun Kip, İsmayıl Utkular və Doğan Ərginbaş tərəfindən dizayn edilmişdir.[2] Abidənin təməli 19 aprel 1954-cü ildə qoyulmuş və 21 avqust 1960-ci ildə açılmışdır.[1][2][4]
Ətrafında Mehmetçik Abidəsi, Türk Baxçası, Mustafa Kamal Çanaqqlada Abidəsi, Yaralı Əsgər Abidəsi, Məçhul Əsgər Qəbri və Türk Şəhidliyi var.[1]
Birinci Dünya müharibəsində Gelibolu yarımadası tarixin gördüyü ən qanlı savaşlardan birinə şahid oldu. İngilislərin 205 min,[5] fransızların isə 47 min itki verdiyi müharibədə türklərdə itki məsələsində fərqli rəqəmlər ortaya çıxmışdır.[6] Ordu komandanlığının Baş Prokurorluğa təqdim etdiyi itki sənədlərinə görə türklərin itki sayı ümumi 231.882-dir. İtki sayının çox olması səbəbilə ölən əsgərlərin dəfn edilməsi hər iki tərəf üçün ciddi problem olmuşdu. Dar ərazidə yığılan ölülər tək qəbirlərdə deyil, kütləvi qəbirlərdə dəfn edilmişdir.
Mudros müqaviləsindən sonra ingilislər tərəfindən müxtəlif mövqelərdə yeni qəbiristanlıq və abidələr yaradıldı. Türkiyə İstiqlaliyyət müharibəsindən sonra Türk hökuməti Birinci Dünya müharibəsində fərqli səbəblərlə ölən ingilis, fransız və italyan əsgərlərinin məzarları və onların adlarına inşa edilən abidələrin yerləşdiyi əraziləri əlaqədar dövlətlərə ayır-ayrı və müddətsiz olaraq verməyi qəbul etdi.
İngilislər işğal dövründən başlayan qəbiristanlıq və abidə sayını Lozanna müqaviləsi zamanı 30-a qaldırdı. Yeni Zelandiyalılar 1919-cu ildən etibarın öz şəhidlik və abilərini inşa etməyə başladılar. Türk şəhidləri üçün isə uzun bir müddət Geliboluda bir abidə qoylumadı.
Türk şəhidləri üçün abidənin qoyulmasına yönəldilmiş yeganə konkret addım 1934-cü ildə Geliboluda ilk türk abidəsi olma xüsusiyyətini daşıyan və ərazidə toplanan daşların üst-üstə qoyulması ilə yaradılan Mehmet Çavuş Abidəsinin yenidən inşası oldu. Abidənin tikilişini Jandarma Er Məktəbi həyata keçirdi. Çanaqqala Şəhidlər Abidəsi tikilənə qədər türk nümayəndə heyətlərinin bütün rəsmi mərasimləri bu abidənin olduğu yerdə təşkil olundu.
1943-cü ildə Milli Müdafiə Nazirliyi tərəfindən Çanaqqala şəhidləri üçün bir abidə yarışması təşkil edildi. 1944-cü ildə müsabiqədə 37 layihə iştirak etdi. İstanbul Texniki Universitetində tələbə olan Feridun Kip, Doğan Erginbaş və İsmayıl Utkuların layihəsi yarışmada qalib gəldi.[1] Lakin maliyyə çətinliyi səbəbindən layihə uzun müddət reallaşdırıla bilmədi.
Abidə məsələsi Milli Türk Tələbə Birliyinin 1952-ci ilin aprelində Çanaqqala İcra hakimiyyətinə və hökumətə müraciəti nəticəsində yenidən türk ictimaiyyətinin diqqətində oldu.[6] Müraciət Ətraf və Şəhərsalma üzrə Nazirliyi tərəfindən qəbul edildi və beləliklə, iş başlandı. Daha əvvəl Milli Müdafiə Nazirliyi tərəfindən təşkil edilən yarışmada birinci olan layihənin həyata keçirilməsi qərarlaşdırıldı. Emin Nihat Sözərin başçılığında olan 9 nəfərdən ibarət Çanaqqala Şəhitləri Abidəsi Tikintisinə Yardım Komitəsi adlı bir komitə yaradıldı.[4] Abidənin Hisarlıq Təpədə inşa edilməsinə, dəmir-beton olaraq inşa edilməsinə və üstünün qranitlə örtülməsinə qərar verildi. Çanaqqala Şəhidləri Abidəsi Tikintisinə Yardım Komitəsi yardım üçün müraciəti əsasında böyük bir kampaniya yarandı. Tikintinin təməli 17 aprel 1954-cü ildə qoyuldu.[2]
Lakin aylar sonra tikintidə istifadə olunan materialların keyfiyyətsiz olduğu müəyyənləşmiş və abidənin tikintisi dayandırılmışdı.[6] Abidənin tikintisinin 1958-ci ilin iyulunda başa çatdırılmasına qərar verildi. Ancaq tikintinin dayandırıldığı ərəfədə personalın maaşı ödənildiyindən və tikinti materiallarının qiyməti artığından xalqdan toplanan vəsait 1957-ci ildə qurtardı. Bu müddət ərzində abidə 12 metrəyədək ucaldılmışdı. "Milliyyət" qəzetinin müxbiri Necmi Onurun tikintinin yarımçıq qalması ilə bağlı xəbəri və qəzetin digər yazarı Refi Cevat Ulunayın yazıları ictmaiyyətdə bu hadisəyə böyük maraq oyatdı.[6] Qəzet abidənin tikintisinin başa çatdırılması ilə bağlı 18 yanvar 1958-ci il tarixindən etibarən ölkə daxilində yardım kampaniyası təşkil etdiyini açıqladı. Kampaniya türk mətbuatının digər media orqanları tərəfindən də dəstəkləndi. 100 min lirə vəsait toplanması məqsədilə başladılan kampaniya 18 mart 1958-ci ildə başa çatdı və gəlir 1 milyon 686 min 251 lirə oldu.[6] Abidənin gövdə qismi 18 sentyabr 1959-cu ildə tamamlandı.
Abidənin rəsmi açılışı 1960-cı il 21 avqustda Anafartalar Zəfərinin 45 illiyi ərəfəsinə təsadüf etdi. Abidənin açılışını Baş qərargah Rəisi general Cevdet Sunay etdi.[3]
Abidənin baxım və personal işləri 1962-ci ildə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə təhvil verildi. Gelibolu yarımadası 1973-cü ildə Milli park elan edildi.[5]
1971-ci ildə Britaniya kraliçası II Elizabetin də iştirak etdiyi bu mərasimdə abidənin altında bir döyüş muzeyi açıldı.[6] Burada Çanaqqla döyüşlərindən qalan qalıqlar və sənədlər sərgilənməyə başladı. Döyüş Əsərləri Muzeyi bir müddət sonra Kabatəpə Muzeyinə köçürüldü.
Abidənin hündürlüyü 41,7 metrdir. Sütunların eni isə 7,5 metrdir.[7] Abidə 62,5 kvadratmetr ərazini əhatə edir və abidənin görünüşü uzaq məsafədən Mehmetçiyin "M" hərfi olaraq görünür.[5] Abidənin tavan hissəsində mozaikadan Türk bayrağı təsvir olunmuşdu. Həmçinin abidənin giriş hissəsinin sol tərəfində 1992-ci ildə inşa edilən simvolik şəhidlik var. Şəhidliyin giriş qapısının sağ tərəfində Mustafa Kamal Atatürkün 1934-cü ildə xarici əsgərlərə xitabən yazdığı və o dövrün Daxili İşlər naziri Şükrü Kaya tərəfindən Anzak günündə oxunan məşhur sözləri yer alıb.[5]