Çanpen Zao (çin 赵长鹏, pinyin Zhào Chángpéng; ing. Changpeng Zhao; 10 sentyabr 1977[1], Cianqsu) — əsasən "CZ" olaraq da tanınan Çin-Kanada iş adamı. Zao 2018-ci ilin aprel ayındakı ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birja platforması Binance-nin təsisçisi və baş icraçı direktorudur. CZ Çinin Szyansu vilayətində dünyaya gəlmiş və kiçik yaşlarında ailəsi ilə birgə Kanadaya köçmüşdür.
Çanpen Zao | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1977[1] (46 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iş adamı, baş icraçı direktor, icraçı direktor[d], orator |
Vikianbarda əlaqəli mediafayllar |
Zao əvvəllər "Blokchain.com" saytını təkmilləşdirən üzvlərdən biri və OKCoin şirkətində informasiya texnologiyalarından cavabdeh rəhbər idi. 1 mart 2022-ci il məlumatına əsasən 77,3 milyard ABŞ dolları xalis sərvəti ilə "Bloomberg milyarderlər siyahısı"nda 13-cü yeri tutmuşdur.
Zhao, Çinin Cianqsu əyalətində doğulub. XX əsrin 80-ci illərinin sonlarında 12 yaşında olan Zhao ailəsi ilə birlikdə Kanadaya köçdülər. Gənclik çağında Zhao McDonalds və bənzər yerlərdə işləyib ailəsinə dəstək olmuşdur.
Onun həyatında dönüş nöqtələrindən biri Montrealdakı McGill Universitetinə daxil olması idi. Burada o "Computer Science" bölməsi üzrə ixtisaslaşmışdır.
Zhao universiteti bitirdikdən sonra Tokyo Fond Birjasında ticarət sifarişləri üçün proqram təminatı hazırlamağa başlayır. Burada təcrübəçi olaraq fəaliyyət göstərdikdən sonra Bloomberg Tradebook-da 4 il işləmişdir. Ardından 2005-ci ildə Şanxay şəhərinə köçdükdən sonra brokerlər üçün yüksək tezlikli ticarət sistemlərindən biri kimi tanınan Fusion Systems-i qurdu.
2013-cü ildən etibarən o Blockchain.com kimi müxtəlif kriptovalyuta layihələrində çalışmış və daha sonra OKCoin-də Baş Texnologiya Direktoru vəzifəsini icra etmişdir. Kriptovalyutalardan xəbərdar olan Zhao Bitcoin almaq üçün Şanxaydakı mənzilini 1 milyon dollara satdı.
2017-ci ilin iyul ayında Binance kriptovalyuta birjasının ilkin kriptovalyuta aktivlərinin təklifi ilə 15 milyon ABŞ dolları əldə etdi. 11 gün sonra birjada ilk ticarətlər başladı. Səkkiz ay kimi qısa bir vaxtda Binance dünyanın ən böyük ticarət həcminə sahib kriptovalyuta birjası (2018 aprel) oldu.
2018-ci ilin fevral ayında Forbes jurnalı onu 1-1,2 milyard xalis sərvət ilə "Kriptovalyutadakı ən zəngin insanlar" siyahısında üçüncü yerdə qərarlaşdırıldı.