Çarlinin böyük şüşə lifti (roman)

Çarlinin böyük şüşə lifti — İngilis yazar Roald Dahl tərəfindən 1972-ci ildə yazılan uşaq romanıdır. "Çarli və şokalad fabriki" adlı kitabın davamıdır. Hekayə şokoladçı Willy Wonka'nın böyük şüşə liftində Charlie Bucket'ın sərgüzəştlərindən bəhs edir. Kitab ilk dəfə 1972-ci ildə Alfred A.Knopf tərəfindən ABŞ-da və 1973-cü ildə George Allen & Unwin tərəfindən İngiltərədə nəşr edilmişdir. [1] Əvvəlki kitabdan fərqli olaraq, bu kitabın heç bir filmə uyğunlaşdırılması həyata keçirilməyib. R.Dahl üçüncü kitab yazmağı düşünür, lakin onu bitirə bilmədi.[2]

Çarlinin böyük şüşə lifti
Charlie and the Great Glass Elevator
Müəllif Roald Dahl
Janr Uşaq romanı
Orijinalın dili İngilis
Ölkə İngiltərə
Orijinalın nəşr ili 1973
Yazıldığı il 1972
Əvvəlki Çarli və şokolad fabriki

Charlie fabrik sahibi Willy Wonka tərəfindən mükafatalandırıldığı üçün böyük ailəsi ilə birlikdə böyük şüşə liftə minərək səyahətə çıxırlar. W.Wonka lifti kifayət qədər yüksəkliyə gətirməyə cəhd edərkən, o, təsadüfən kosmosa çıxır və macəralarla dolu səyahət onları gözləyir.

  • Willy Wonka
  • Charlie Bucket
  • Joe (baba)
  • Josephine (nənə)
  • Georgina(nənə)
  • George(baba)
  • Mr. Bucket
  • Miss. Bucket
  1. "Willy Wonka's everlasting film plot". 29 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2023.
  2. Martin Chilton. "The 25 best children's books". Archived from the original on 2012-12-27. İstifadə tarixi: 7 iyul 2023.