Çarlz Henri Oldfather (d. 13.6.1887, Təbriz — ö. 1954, ABŞ) — amerikalı qədim tarix üzrə ixtisaslaşmış professor. Əsasən Nebraska Universitetində çalışmışdır.
Çarlz Henri Oldfather | |
---|---|
ing. Charles Henry Oldfather | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Nebraska, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Elm sahəsi | Tarix |
İş yeri | |
Tanınır |
Qədim dövr dünya tarixi Yunan tarixi |
Çarlzın valideynləri Ceremiah və Felisiya İranda 19 il missionerliklə məşğul olmuşdurlar.[1] Çarlzın 2 yaşı olduğu zaman isə ABŞ-yə geri dönmüşdürlər. Onun atası 1842-ci ildə Ohayo ştatının Farnsberq şəhərində, anası isə İndiana ştatının Kovinqton şəhərində anadan olmuşdur.[2][3]
Həyat yoldaşı məşhur jurnalist Deyvid Qraham Flippsin qardaşı qızı olmuşdur.[2][3]
Hannover Universitetində bakalavr pilləsində təhsil almışdır. Təhsilini 1912–1914-cü illərdə də davam etdirmişdir.
Bakalavr təhsilini bitirdikdən sonra 1906–1907-ci illərdə məktəb tarix müəllimi işləməklə yanaşı bizneslə də məşğul olmuşdur.,[4] 1914-cü ildə İndianadakı Hannover Universitetinə müəllim kimi işə qəbul olmuşdur. 1916-cı ildə Nebraska Universitetində çalışmağa başlamış, 1927-ci ildə Qədim dövr dünya tarixi və Yunanıstan tarixi ixtisası üzrə professor olmuşdur. 1929-cu ildə həmin universitetdə Tarix kafedrasının müdiri vəzifəsinə yüksəlmişdir. Bu vəzifədə 1951-ci ilə qədər, yəni təqaüdə ayrıldığı vaxta qədər çalışmışdır.