Çarlz Li (ing. Charles Lee; 26 yanvar (6 fevral) 1731, Darnholl[d], Böyük Britaniya krallığı – 2 oktyabr 1782[1][2], Filadelfiya, Pensilvaniya) — Britaniya zabiti, daha sonra Kontinental Orduda general-mayor. Li əvvəlcə Yeddiillik müharibədə vuruşmuş[3] və Britaniya Ordusunda xidmət etmişdir. Müharibədən sonra zabitinin patentini satmış və bir müddət II Stanislavın Polşa ordusunda xidmət etmişdir. 1773-cü ildə Li Amerikaya köçmüş və Virciniyada əmlak almışdır. 1775-ci ildə ABŞ İstiqlal müharibəsi başlayanda üsyançı qüvvələrə könüllü olaraq xidmət etmişdir. O, Kontinental Ordunun Baş Komandanı olmağa ümid edirdi, lakin Konqres onu Corc Vaşinqtondan sonra ikinci komandan təyin etmişdir.
Çarlz Li | |
---|---|
ing. Charles Lee | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar (6 fevral) 1731 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 oktyabr 1782[1][2] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Sarı qızdırma, vərəm |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Kontinental Ordu, Britaniya Ordusu[d] |
Rütbəsi | general |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
1776-cı ildə onun qoşunları Britaniyanın Sullivan fortuna hücum cəhdini dəf etmiş, bu da onun orduda və Konqresdəki mövqeyini gücləndirmişdir. Elə həmin il Çarlz Li Tarletonun draqunları tərəfindən tutulmuş və 1778-ci ildə mübadilə baş tutana qədər əsir saxlanılmışdır. Li bir çox sirləri ingilislərə ötürdüyü şübhəsi ilə amerikalılar tərəfindən mühakimə olunmuş, bundan sonra xidmətdən uzaqlaşdırılmışdır.