Çarlz Menson

Çarlz Menson (ing. Charles Milles Manson, 12 noyabr 1934, Sinsinnati, Ohayo ştatı — 19 noyabr 2017, Beykersfild, Kaliforniya, ABŞ) — amerikalı qatil, musiqiçi, 1969-cu ildə bir sıra amansız qətllər törətmiş "Ailə" kommunasının lideri.

Çarlz Maylz Menson
Charles Milles Manson
Çarlz Menson 2014-cü ildə
Çarlz Menson 2014-cü ildə
Doğum tarixi
Doğum yeri Sinsinnati, Ohayo, ABŞ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Beykersfild, Kaliforniya, ABŞ
Vəfat səbəbi kolorektal xərçəng, ürək tutması[d]
Dəfn tarixi 17 mart 2018[1]
Həyat yoldaşları Rozali Ceyn Uillis
Leona Rey Stivens
Uşaqları Çarlz Maylz Menson (kiçik)
Çarlz Lüter Menson
Valentin Maykl Menson
Atası Uoker Skott
Uilyam Menson (ögey ata)
Anası Ketlin Meddoks
Fəaliyyəti cinayətkar, seriyalı qatil, musiqiçi
İmza
charlesmanson.com

Çarlz Menson 12 noyabr 1934-cü ildə Ohayo ştatının Sinsinnati şəhər xəstəxanasında doğulmuşdur. Onun anası, Ketlin Meddoksun (1918–1973) doğuş vaxtı cəmi 16 yaşı vardı və nikahda deyildi. Doğulduqdan sonra o, "adsız Meddoks" adlandırılıb, amma bir həftə sonra Çarlz Millz Meddoks adını alır. Ketlin uşağın doğulmasından sonra Uilyam Mensona ərə gedir və onun soyadını özünə götürür. Ehtimala görə onun bioloji atası polkovnik Uoker Skott (11 may 1910 – 30 dekabr 1954) idi. Çünki Ketlin Meddoks ona qarşı nikahdan kənar doğuşa görə iddia irəli sürmüşdü.

Ehtimal edilir ki, Ketlin əyyaş idi. Çarlinin altı yaşı olanda Ketlin və qardaşına Çarlston-da texniki xidmət stansiyasına silahlı qarətə görə 5 il müddətinə ittiham qaldırılıb. Çarli bu vaxt Makmendə qohumları ilə yaşamağa məcbur idi. Qohumların arasında Çarlini "nazlı" hesab edən bir dayı vardı və ilk dərs günü onu qadın donunda məktəbə göndərmişdi.

1942-ci ildə Ketlin vaxtından əvvəl azad edilmişdi. Ketlinin azad olunmasından sonra Çarli ilə ilk görüşdə qucaqlaşmışdılar, Çarlz sonradan bunu uşaqlığının ən xoşbəxt xatirəsi adlandırırdı. O anasıyla çox az yaşadı, Ketlin onu dövlətin himayəsinə verir. Sonrakı illər o daim qaçdığı və gizlənməyə çalışdığı oğlanlar üçün xüsusi müəssisələrdə olurdu, avtomobilləri və velosipedləri oğurlayırdı.

1955-ci ilin yanvarında Çarlz Menson on yeddi yaşlı Rozali Ceyn Uillis-lə evləndi. Cütlük Kaliforniyaya yola düşməyə qərar verdi. Üç ay sonra Çarli Los-Ancelesdə ştat sərhədlərinin kəsişməsində, oğurlanmış maşında həbs edilmişdi. Rozali hamilə olduğu üçün məhkəmə Mensona 3 il sınaq müddəti verir. Tezliklə Menson yenidən qanunu pozur və həbsxanaya düşür. Övladı doğulduqdan sonra Rozali ərini atıb şəhərdən getdi. Azad olunduqdan sonra Çarli Hollivudda bir neçə qıza vasitəçilik edir. 1959-cu ilin mayında poçt qutusundan 37,50 dollar dəyərində çeki oğurlamağa cəhd zamanı həbs edilmişdi. Məhkəmə ona 10 il sınaq müddəti şəklində hökm çıxartdı. Təxminən bu zaman Çarli fahişə Kendi Stivens-lə (Leon adı altında işləmiş) evləndi, amma bir il sonra yenidən qanunu pozur, bu dəfə fahişəliyin təşkili səbəbi ilə ştat sərhədlərinin kəsişməsində həbsxanaya göndərilir. Nəticədə Menson 37 dollarlıq qəbzə görə 10 il azadlıqdan məhrum olur. Leon ona ikinci oğulu dünyaya gətirdi və boşanma ərizəsi verdi. O, 1967-ci ilin martında tam azad olundu və San-Fransiskoya gedib gələcəkdə "Menson ailəsi"nin ilk üzvü olacaq Meri Branner adlı qızla tanış olur.

Həbsxanada 30-cu illərdə bank soyğunçuluğuna görə ittiham edilmiş Alvin Karpis Çarlza gitarada ifa etməyi öyrədir. Yayılmış şayiələrə görə Menson The Monkees qrupunun üzvü olmağa çalışırdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Charles Manson cremated following brief, private funeral (ing.). / M. Murray Washington: Fred Ryan, 2018. ISSN 0190-8286; 2641-9599