Çarlz P. Melvil (ing. Charles P. Melville; 10 may 1951[2], London) — Britaniya akademiki. O, 2008-ci ildən Kembric Universitetində İran tarixi üzrə professordur, həmçinin Britaniya Farsşünaslıq İnstitutunun prezidentidir.
Çarlz P. Melvil | |
---|---|
Doğum tarixi | 10 may 1951[2] (73 yaş) |
Doğum yeri |
|
Elm sahələri | İran tarixi, tarix[1], İranşünaslıq[1], İslamşünaslıq[1] |
İş yeri |
Çarlz P. Melvil 10 may 1951-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində anadan olmuşdur. O, Vellinqton Kollecində təhsil almış, sonra Kembricdəki Pembrok Kollecində ərəb və fars dillərini öyrənmişdir. Melvil daha sonra London Şərq və Afrikaşünaslıq Məktəbində İslam tarixi üzrə magistr dərəcəsi və İranda tarixi seysmiklik üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.[3] O, London İmperial Kollecində (1974–1982) və Kembric Universitetində şərqşünaslıq üzrə köməkçi professor olmuşdur.[4] 2008-ci ildən İran tarixi üzrə professordur. Melvil "The Cambridge History of Iran" (VII cild) və "History of Literature of Iran" kitablarının redaktorlarından biri olmuşdur.[5]
Melvil akademik yoldaşı, doktor Firuzə Abdullayeva ilə evlidir.[6] Cütlüyün Cozefina və Şarlotta adlı iki qızı var.