Çarlz Teyz Rassel

Çarlz Teyz Rassel (ing. Charles Taze Russell; 16 fevral 1852[1][2][…]31 oktyabr 1916[1][2][…]) – katib və baş mühasib, Müqəddəs Kitab Tədqiqatçıları dini hərəkatının qurucularından biri olub. O, 1884-cü ildən etibarən "Sion Gözətçi Qülləsi Cəmiyyətinin" prezidenti olub. Çarlz T. Rassel minillik krallığın peyğəmbəri olaraq qəbul edilirdi. Yehovanın Şahidləri onun yaratdığı dini hərəkatdan yaranıb.

Çarlz Teyz Rassel
ing. Charles Taze Russell
Doğum tarixi 16 fevral 1852(1852-02-16)[1][2][…]
Vəfat tarixi 31 oktyabr 1916(1916-10-31)[1][2][…] (64 yaşında)
Vəfat səbəbi Sistit
Fəaliyyəti naşir, yazıçı, dini rəhbər[d], kinematoqraf[d]
Əsərlərinin dili ingilis dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz T. Rasselin atası Jozef Litel Rassel (Joseph Lytel Russell; 17 dekabr 1897), anası Ann Elayza Berni (Ann Eliza Birney; 25 yanvar 1861) olub. Onlar Şotland-İrland irqindən, protestant (presbiteryan) idilər. O, valideynlərinin təzyiqindən hələ gənc yaşdan dinlə maraqlanmağa başladı. Presbiteryan ənənəsində böyüdüyünə görə, əvvəllər protestant presbiteryan kilsəsinə bağlı idi. Sonradan isə cəmiyyət kilsəsinə qoşuldu və burada böyük missionerlik fəaliyyəti göstərdi, amma kilsənin ənənəvi tədrisi olan, cəhənnəmə məhkum edilmiş günahkarların əbədi əzabı fikri Rassel üçün o qədər qəbuledilməz oldu ki, o, 17 yaşında imanını şübhə altına almağa qərar verdi. O, düşünürdü ki, "Əgər Allah öz müdrikliyi və gücündən istifadə edərək günah işlədəcəyini bildiyi bir insanı yaradıb, onu sonsuza qədər əzab çəkməyə təşviq edirsə, belə bir Allah müdrik, ədalətli və sevən ola bilməz". O, Allahın varlığını inkar etməsə də, xalqın Allah haqqında olan qəbul edilmiş fikirlərini təsdiqləmirdi. Daha sonra o, diqqətini başqa dinlərin təlimlərinə verdi, lakin onlardan heç biri onu qane edə bilmədi.

Rassel 18 yaşında adventisizm ilə tanış oldu və onun güclü təsiri altına düşdü. Onun taleyindəki dönüm nöqtəsi 1876-cı ildə baş verdi. Bu zaman o, adventist jurnallarından birində peyğəmbərlik haqqında oxuduğu an öyrəndi ki, İsa Məsih artıq görünməmiş bir şəkildə yerə enmişdir, lakin onun harada olduğu heç kimə məlum deyil, o, insanların həyatını müşahidə edir.

Rassel oxuduğu məlumatdan çox təsirləndi və həyatını radikal bir şəkildə dəyişməyə qərar verdi. O, ticarətdən imtina etdi və jurnala dəstək olmaq üçün bütün pulunu jurnala verdi. Naşir onun bu hərəkətindən çox razı qaldı və onu öz yanına köməkçi təyin etdi. Bu, Rasselin həyatında adventistlərlə ən yaxın əlaqədə olduğu dövrü idi. Ancaq 1878-ci il gəldiyində, onun gözlədiyi ilham bir də gəlmədiyindən, Rassel təlimlərə qarşı soyudu. O, növbəti il öz jurnalını – "Sion Qülləsi və Məsihin varlığının müjdəsi"ni yaratdı. O, 1886-cı ildə "Müqəddəs Yazıların öyrənilməsi" adlı əsərinin ilk cildini – "Minilliyin Şəfəqi" adlı kitabını çap etdirdi. Növbəti 30 il ərzində isə onun bu seriyadan olan 5 ton kitabı işıq üzü gördü.

O, satışa çıxardığı bir buğdanın çox məhsul verəcəyini və möcüzəli olduğunu elan etdi. Bu yalana inananlar bir ovuc buğdanı 60 dollara alaraq nəticəni görməyəndə, onu məhkəməyə verdilər. Çarlz məhkəmədə bu buğdanın başqa buğdalardan fərqi olmadığını etiraf etdi və məhkum oldu.

O, adi məktəblərdə xüsusi müəllimlərin nəzarəti altında təhsil almışdır. Xüsusi teoloji təhsil diplomu yox idi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1878-ci ildə Çarlz T. Rassel Maria Fransis Akley (Maria Frances Ackley) ilə evləndi. Onların uşaqları yox idi. "Gözətçi Qülləsi"nin nəşriyyatına aid olan yanlış anlaşılmaya görə o, 17 il sonra öz həyat yoldaşını tərk etdi. 1903-cü ildə onun təşəbbüsü ilə başlanmış məhkəmə araşdırmasından sonra, 1908-ci ildə məhkəmə aliment ödənməsi şərti ilə nikahın tamamilə ləğv edilməməsi haqqında qərara gəldi. Daha sonra o, övladlıq götürdükləri qızı Roz Boliyə (Rose Boly) təcavüz etdiyi üçün həyat yoldaşı Maria Fransis tərəfindən məhkəməyə verildi. Çarlz günahını etiraf etdi və ona hökm verildi. Hətta əlavə olaraq yalan yerə and içən bir yalançı olduğu üçün də hökm verildi. Maria Rassel, 12 mart 1938-ci ildə St Petersburg, Florida şəhərində 88 yaşında hodgkin xəstəliyindən vəfat edib.

  • "Rəbbimizin qayıdışının məqsədi və yolu"
  • "Xristianlar üçün qida"
  • "Məclisin tabeliyində"
  • "Əsrlərin ilahi planı ("Müqəddəs Yazılanların öyrənilməsi")" (1-ci cild)
  • "Vaxt yetişdi" (2-ci cild)
  • "Xristianlar üçün qida"
  • "Armeqeddon döyüşü"
  • "Müqəddəs Yazılanlar cəhənnəm haqqında nə öyrədir"
  • "Köhnə teologiya"
  • "Razılaşma"
  • "Yenidən yaranma"
  • "Spiritualizm"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Charles Taze Russell haqqında

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Charles Taze Russell // Encyclopædia Britannica (ing.).