Çaxır turşusu

Çaxır turşusu - ikiəsaslı dördatomlu turşudur. Çaxır turşusunda iki asimmetrik karbon atomu olduğu üçün onun altı stereoizomeri (4 fəal izomeri və iki rasemik forması) olacağını gözləmək olardı. Ancaq çaxır turşusu molekulunda (eritritdə olduğu kimi) müəyyən dərəcədə simmetriklik (quruluşlu bərabər iki asimmetrtrik sistem ) olduğu üçün onun dörd stereoizomer forması vardır. Bunlardan ikisi optik-fəal (sağ və sol çaxır turşuları), üçüncüsü üzüm turşusu adlanan rasemin r-forma və dördüncü mezoçaxır turşusu adlanan inaktiv l formasıdır.

Çaxır turşusu
Ümumi
Ənənəvi adı Çaxır turşusu =
Molyar kütlə 150,1 q/mol

Üzüm turşusu[redaktə | mənbəni redaktə et]

Üzüm turşusu üzüm şirəsində rast gəlinir. Sağ və sol çaxır turşularını qarışdırmaqla üzüm turşusu alınır. Bu zaman istilik əmələ gəlir və alınan üzüm turşusu xassələrinə görə çaxır turşularından xeyli fərqlənir. Bundan başqa üzüm turşusu trans-etendikarbon turşusunu (fumar turşusu) permanqanat ilə oksidləşdirdikdə də alınır. Siseten-dikarbon turşusu oksidləşdirildikdə isə mezoçaxırturşusu alınır. Paster, rasemik birləşmələrin xassələrinin və onların parçalanmasına aid əsas işlərini üüm turşusu üzərində aparmışdır. Rasemik sözü, üzüm turşusu acidum recedium sözündən alınmışdır. Paster üzüm turşusunun natriammonium NaOOC-CHOH-CHOH-COONH4 duzunun kristalarını öyrənmişdir. O müşahidə etmişdir ki, çaxır turşusu duzlarının bütün kristallarında qemiedrik üzləri bəzi kristallarda bir istiqamətdə yönəldiyi halda üzüm turşusu duzlarında onlar sağa, bəzən sola meylli olur. Paster bunları bir-birindən ayırmış, bu kristalların məhlullarından optik fəaliyyətini öyrənmiş və aydın etmişdir ki, üzüm turşusu duzunun kristalları sağa və sola meylli qemidrik üzlü iki cür kristalın qarışığıdır. Bu duzların ayrı-ayrı məhlullarından biri polyarizasiya olunmuş işığı sağa, o biri isə sola fırladır. Beləliklə, Paster birinci dəfə rasemik formanı sağ və sol komponentlərə ayırmış və rasemik formanın sağ və sol izomerləri qarışığı olduğunu sübut etmişdir. Bundan başqa Paster üzüm turşusunu bakteriyalar (Pentcillum glaucumaspergial us niger) vasitəsilə parçalayıb sol çaxır turşusunu almış və nəhayət üzüm turşusunun (kimyəvi yollarla) sinxonin və başqa alkoloidlər vasitəsilə sağ və sol çaxır turşularına ayrıla bildiyini göstərmişdir. Üzüm turşusu 2040C-də əriyən bərk maddədir. Suda maxır turşularınndan pis həll olur. kristallaşdırdıqda iki molekul su ilə kristallaşır. Məhlulda və buxar halında üzüm turşusu öz-özünə parçalanır, sağ və sol çaxır turşularını əmələ gətirir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.