Çaxartaq (fars. چهارطاق) qübbəli və dörd tərəfində dörd tağlı kub formasında bir tikilidir. Sasanilər dövründə (III-VII əsrlər) meydana gəlmişdir. Çaxartağın prototipi hələ günbəzi olmayan tetrapilon ola bilər. Çaxartaq kəsilmiş daşdan tikilib və üstü suvaqla örtülmüşdür. Başlanğıcda Zərdüşt ibadətgahları çaxartaq şəklində idi; daha sonra İslam memarlığı çaxartaq məscid və məqbərələrin inşası üçün uyğunlaşdırmışdır. Xüsusilə İsfahan məscidinin təməli, kubik formadan yarım kürə günbəz formasına keçidin trompetin köməyi ilə əldə edildiyi çaxartaq formasında idi.