Kamuflyaj

Adi kambala
Kamuflyajın effekti. Əfqanıstan müharibəsi zamanı ABŞ Dəniz Piyadaları Korpusunun 3-cü Diviziyasının3-cü Dəniz Piyada Alayının 3-cü Dəniz Piyadaları Batalyonuna məxsus olan əsgər (Methar Lam, Laqman əyaləti, Əfqanıstan, 6 aprel 2005)

Kamuflyaj (fr. camouflage) — gizlənmə, saxlanma üsullarından biridir. Sözün əsl mənası mühitdən gizlənmək, saxlanmaq deməkdir və normalda asanlıqla görünən orqanizm və ya obyektin ətrafdakı əşyaların rənginə müvafiq rəngə düşərək tapılmasının, müəyyənləşdirilməsinin çətinləşməsi deməkdir. Müharibələrdə və təbii həyatda düşməndən gizlənmək və yaxud da düşməni çaşdırmaq üçün istifadə edilən bir strategiyadır.

Bu söz, fransızca camouflage sözündən götürülmüş sözdür və mənası "ətraf mühitə müvafiqləşərək gizlənmək və ya gizlədilmək" deməkdir. Fransızca söz olan bu söz camoufler "gizlənmək" feilindən və sözün axırına +age şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Bu söz italyanca eyni məna verən camuffare felindən götürülmüşdür[1].

border=none Əsas məqalə: Hərbi kamuflyaj
Ghillie Suit adlı kamuflyajdan istifadə etmiş olan bir snayperçi.

Qədim dövrlərdən XVIII əsrə qədər olan nizami orduların geyimləri rəngarəng olub, hər dəstənin rəngləri müxtəlif olmuşdur. Bu, cəbhədəki düşmənlərin və dostların tanınması üçün mühüm bir element idi. Lakin Sənaye İnqilabı ilə inkişaf edən texnologiya və silah sənayesindəki irəliləyişlər nəticəsində gizlənməyin əhəmiyyəti aydın omuşdur.

Təbiətdəki həyatda ovun ovçudan mühafizə olunmaq üçün və ya ovçunun ovunu ələ keçirməsi üçün kamuflyajın təbii refleks kimi istifadə olunması məlumdur (məsələn, buqələmun).

  1. "Sözün mənşəyi". 4 noyabr 2014 tarixində arxivləşdirilib.