Çaydan dənizə qədər

Oslo sazişlərində göstərildiyi kimi İsrail və Fələstin ərazilərini göstərən xəritə. Sağda İordan çayı, solda isə Aralıq dənizi yerləşir.

"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə)[1][2] — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar.[3] Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi QüdsQəzzə zolağına aid edilir.[4][5]

Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir,[6] digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir.[7]

İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır.[8][9]

Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq".[10][11][12] Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir.[3] Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.[13][14]

  1. سلامة غمري, هبة. ""فلسطين من النهر إلى البحر".. ماذا يعني الشعار ومن أين جاء؟". Icona - Al-Masry Al-Youm. 3 Nov 2023. 7 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2024.
  2. عرب ٤٨. "الاحتلال يقمع وقفة منددة بوعد بلفور بالقدس". موقع عرب 48. 2017-11-02. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13.
  3. 1 2 Sales, Ben. "'From the river to the sea': The slogan that led to Rashida Tlaib's censure, explained". The Times of Israel. 8 November 2023. 13 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2023.
  4. "The culture war over the Gaza war". The Economist. 28 October 2023. 30 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
  5. Stripling, Jack. "Colleges braced for antisemitism and violence. It's happening". The Washington Post (ingilis). 31 December 2023. 1 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2023.
  6. Zhang, Jane. "What does 'From the river to the sea' mean to Palestinians, Jews?". The Chicago Sun-Times (ingilis). October 29, 2023. October 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2023.
  7. "'From the river to the sea': Why a 6-word phrase sparks fury and passion over the Israel-Hamas war". Associated Press News. 10 November 2023. 11 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2024.
  8. "'From the river to the sea': Why a chant for the freedom of an occupied people became so provocative". Dawn.com (ingilis). 28 October 2023. 7 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2023.
  9. "'From the river to the sea': Why a 6-word phrase sparks fury and passion over the Israel-Hamas war". Associated Press News. 10 November 2023. 11 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2024.
  10. Laquer, Walter; Rubin, Barry. The Israel-Arab Reader: a Documentary History of the Middle East Conflict. New York City: Penguin Books. 2001. 206–207. ISBN 978-0143113799.
  11. "Likud Party: Original Party Platform 1977". Jewish Virtual Library. 15 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2023.
  12. Boffey, Daniel. "'From the river to the sea': where does the slogan come from and what does it mean?". The Guardian. October 31, 2023. January 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2024.
  13. "'From the river to the sea'-leus is geweldsoproep, vindt Kamermeerderheid". nos.nl (holland). 25 October 2023. 10 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2023.
  14. Eichner, Itamar. "Austria's Nehammer says pro-Hamas chants will become criminal offense". Ynetnews (ingilis). 25 October 2023. 10 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2023.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]