Likud (ivr. הַלִּכּוּד; Rom: HaLikud; azərb. Konsolidasiya) — İsraildəki əsas sağ ideoloji görüşlü siyasi partiyadır[1][2][3][4][5][6][7].
Likud | |
---|---|
Sədri | Benyamin Netanyahu |
Quruluş tarixi | 13 sentyabr 1973 |
İdeologiya | mühafizəkarlıq, milli liberalizm |
İdeoloji spektr | Sağ |
Üzvlüyü | |
Saytı |
likud.org.il likud.org.il/en/ likud.org.il/ru/ |
Bayrağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1973-cü ildə Menachem Begin tərəfindən bir neçə sağçı və liberal partiyaların birləşməsi ilə yaradılmışdır. 1977-ci ildəki seçkilərdə Likudun qələbəsi, ilk dəfə olaraq solların gücünü itirməsi baxımından ölkənin siyasi tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur. Lakin 1980-ci illərin böyük bir dövründə hakimiyyətdə olduqdan sonra partiya 1992-ci il Knesset seçkilərində uduzmuşdur. Bununla birlikdə, Likudun namizədi Benyamin Netanyahu 1996-cı ildə baş nazir seçkisində qalib gəlmiş və ona 2009 seçkilərindən sonra hökuməti formalaşdırmaq səlahiyyəti verilmişdir. 2003-cü ildəki qələbədən sonra, Likudun lideri Ariel Şaronun 2005-ci ildə böyük parçalanmaya səbəb olan yeni Kadima partiyasını yaratması ciddi ixtilaflara səbəb olmuşdur. Bu, 2006-cı il seçkilərində Likudun dördüncü yerə enməsinə səbəb olsa da, partiya 2009-cu il seçkilərində keçmiş itkisini kompensasiya edərək, mövqelərini baş nazir Benyamin Netanyahu vasitəsilə bərpa edərək İsrail hökumətini təşkil etmişdir.
Üzvləri tez-tez Likudnik olaraq adlandırılır və Irgunun siyasi varisi hesab olunur[8][9][10][11].