Çeçenistan rusları

Çeçenistan rusları — 2010-cu il əhalinin siyahıya alınmasına görə sayı 24,3 min nəfər olan Çeçenistanın rus əhalisi (Çeçenistan əhalisinin 1,9%) vardır.

Çeçenistan rusları
Ümumi sayı
24,300
Dili

Rus dili, Çeçen dili

1897-ci il əhalinin siyahıya alınmasına görə, Qroznı dairəsində 12.945 rus dilində danışan sakin yaşayırdı[1]. Brokhauz və Efronun ensiklopedik lüğətiə görə, ruslar Qroznıda və Vozdvijenskayada üstünlük təşkil etdilər. Eyni zamanda VedenoŞatoyda da yaşayırdılar. 1900-cü ilədək Qroznı dairəsində 20 189 rus vardı. Bunlardan 18 388 nəfəri Qroznıda və 1504 nəfər isə Vozdviyenskayada yaşayırdı[2].

1926-cı il əhalinin siyahıya alınmasına görə Çeçenistan Muxtar Vilayətində 9122 rus yaşayırdı. 1939-cu il siyahıyaalmasına görə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında rus əhalisi 201.010 nəfərə çatırdı[3].

Rus əhalisinin 1926 və 1939-cu illərdəki siyahıyaalmalar arasındakı çoxsaylı artımı, əsasən 1929-cu ildə Çeçenistan Muxtar Vilayətinə Qroznı şəhəri və Sunca kazak dairəsinin daxil edilməsi ilə əlaqədardır. 1926-cı il əhalinin siyahıya alınmasına görə, Qroznıda əhalinin 2/3-dən çoxunu rus təşkil edirdi. 1 aprel 1929-cu ilə qədər Sunja, Qroznı şəhəri də daxil olmaqla Şimali Qafqaz vilayətinin daxilində muxtar statusuna sahib idi. Rusların burada demək olar ki, əhalinin 90% -i təşkil edirdi. Çeçenistan Muxtar Dairəsindəki Rusların əksəriyyəti neft sahələrində və onunla əlaqəli sənayelərdə işləyirdi. Ləğv edilmiş Sünja dairəsinin ərazisində ruslar əsasən əkinçiliklə məşğul idilər.

1957-ci ildə Naurski və Şelkovski rayonları Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Buna qədər isə rayonlar Stavropol diyarının bir hissəsi idi.

26 avqust 1958-ci ildə Qroznıda bir rus işçinin evdə çeçenlər tərəfindən öldürülməsi nəticəsində mitiq baş tutur. Mitinqinin iştirakçıları Çeçenistan-İnquş Muxtar Respublikasının partiya komitəsinin binasını ələ keçirsələr də, qısa müddətdə DTK və Daxili İşlər Nazirliyi tərəfindən mitinq yatırılır. Nümayişçilər arasında “Çeçenləri Qroznıdan çıxarın” və “Yaşasın Qroznı vilayəti!” çüarlar səsləndirilər[4]. Yerli qarnizonun əsgərləri asayişi təmin etmək üçün şəhərə gətirilir. Ertəsi gün qiyamçılar rayon komitəsi, DTK, Daxili İşlər Nazirliyi, Sovet İttifaqı Kommunist Partiyası Qroznı şəhər komitəsini, əsas poçt şöbəsini ələ keçirirlər və hətta şəhərlərarası telefon stansiyasına daxil olurlar. Nümayişçilər Çeçen-İnquş MSSR adını Qroznı vilayəti və ya Millətlərarası Sovet Sosialist Respublikası olaraq dəyişdirilməsini tələb edirlər. Qoşunlar şəhərə gətirilir, iğtişaşları yatırmağa müvəffəq olunur. 1959-cu il əhalinin siyahıya alınmasına görə Çeçen-İnquş MSSR-də 348.343 rus yaşayırdı[5].

1970-ci il əhalinin siyahıya alınmasına görə Çeçen-İnquş MSSR-də 366.959 rus var idi. 1979-cu il siyahıyaalmasına görə onların sayı 336.044 nəfərə düşür. 1979-1989-cu illərdə, əsasən iqtisadi səbəblərdən rus əhalisinin Çeçen-İnquş Muxtar Sovet Sisialist respublikasını tərk etməsi baş verir.

1989-cu ildə Çeçen-İnquş MSSR-də 293 min rus (ümumi əhalinin 23,1 %) yaşayırdı.

Çeçenistanda Cövhər Dudayevin hakimiyyətə gəlməsi ilə Çeçenistan neft sənayesinin çöküşü başlayır. Nəticədə Çeçenistanın demək olar ki, bütün rus əhalisininm əsas iş sahəsi itirlir.

Dudayevin hakimiyyəti illərində ruslara qarşı ayrı-seçkilik, etnik təmizlənmə həyata keçirilir[6][7][8][9][10].

1996-cı ilin sonunda federal qüvvələr Çeçenistan ərazisindən çıxarılır, nəticədə Çeçenistanın rus əhalisi praktik olaraq qorunmadan məhrum olur.

Rusiya Federasiaysı Daxili İşlər Nazirliyinin 1999-cu ilin iyulunda yayımlanan məlumatlarına görə, o dövrdə Çeçenistanda təxminən 29 min Rus yaşayırdı ki, bunların da 17 mini təqaüd yaşında olanlar idi. 2001-ci il məlumatlarına görə, o dövrdə Mekenskaya kəndində 42, Novoterskaya kəndində isə20 rus ailəsi yaşayırdı.

2003-cü il məlumatlarına görə, o dövrdə Çeçenistanın ŞelkovskiNaurski rayonlarının kəndlərində təxminən 17 min rus yaşayırdı[11].

2005-ci il hesablamalarına görə Çeçenistanda, əsasən Şelkovski, Naurski, Sunja və Qroznı rayonlarında 20.000-50.000 arası rus yaşayırdı. Çeçenistanın digər bölgələrində rusların sayı kifayət qədər az olmuşdur.

  1. "Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России". «Демоскоп». 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-02.
  2. "Грозненский округ". Брокгауз-Ефрон. 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-02.
  3. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по регионам России". «Демоскоп». 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-02.
  4. Олег Матвеев. "Русский бунт в Грозном" (rus). Независимая газета. 2000-08-30. 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-15.
  5. "Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по регионам России". «Демоскоп». 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-02.
  6. Новейшая история Отечества. XX век: Учеб. для студ. высш. учеб заведений: В 2 т. / Под ред. А. Ф. Киселёва, Э. М. Щагина. -М.: Гуманит. изд. центр ВЛАДОС, 1999. — Т. 2 — стр. 405
  7. А. Н. Почтарёв «Грозный: кровавый снег новогодней ночи» Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine // Независимая газета, 10 декабря 2004
  8. А. Н. Савельев «Чёрная книга Чеченской войны (2000)», глава «Преступления режима Дудаева-Масхадова» Arxivləşdirilib 2013-07-20 at the Wayback Machine , глава «Чеченская республика 1991—2000» Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
  9. Н. Я. Лазарев «Терроризм как социально-политическое явление: истоки, формы и динамика развития в современных условиях» Автореферат диссертации на соискание учёной степени кандидата политических наук Arxivləşdirilib 2012-01-12 at the Wayback Machine // Москва, 2007
  10. «Совершенствование системы подготовки военных кадров на военном факультете» Материалы II республиканской военно-научной конференции // Гродненский государственный университет имени Янки Купалы, 10 апреля 2008
  11. Мария Бондаренко «Военные будни „мирных“ районов Чечни» Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine // Независимая газета, 12 октября 2001