Çeşmə dəniz döyüşü — 5–7 iyul 1770-ci il tarixlərində Rus donanması və Osmanlı Donanması arasında Çeşmə Körfəzində baş tutmuş döyüş. 1768–1774 Osmanlı-Rus Müharibəsinin bir parçası olan bu qarşıdurmanın nəticəsində Osmanlı Donanması Ruslar tərəfindən tamamilə yox edilmişdir.[1]
Çeşmə dəniz döyüşü | |||
---|---|---|---|
1768-1774 Osmanlı-Rus Müharibəsi | |||
Tarix | 5-7 iyul 1770-ci il | ||
Yeri | Çeşmə suları, İzmir | ||
Nəticəsi | Osmanlı donanması tamamilə yandırıldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1768-ci ildə Osmanlı-Rus Müharibəsi başladığında, Rusiyanın Qaradənizdə döyüş gəmisi olaraq sadəcə 6 xətt gəmisi var idi. Rus donanmasının böyük bir hissəsi Baltik Dənizində yerləşmişdir.1769-cu ilin noyabr ayında Rusiya Baltik Dənizindəki donanmasından iki donanma gəmisini dəyişik rotalarla Atlantik Okeanı və Cəbəllütariq boğazı yoluyla Aralıq dənizinə göndərdi[2]. Rus donanmasının başçılığını Kont Aleksey Qriqoryeviç Orlov üstlənmişdi. Məqsəd Osmanlı Dövlətini zəiflətmək üçün Peleponnes Yarımadasındakı Yunanlar arasında bir üsyan çıxartmaq və Rusiya yanlısı bir Yunan dövlətinin qurulmasını təmin etməkdi. İki donanma gəmisi Aralıq dənizində birləşdi və Peleponnes Yarımadasına istiqamət götürdülər.50 rus əsgərinin köməyi ilə Mani bölgəsindəki Yunanlar arasında bir üsyan başlatmağı bacardı amma üsyan bütün yunanıstana yayılmadan Osmanlılar tərəfindən basdırıldı. Bu üsyana Orlov üsyanı (Yunanca: Ορλωφικά) deyilir. Yunanlar tərəfindən Yunan Müstəqillik Müharibəsinin nüvəsi olaraq qəbul edilir.
Kaptan-ı dərya Mandalzadə Hüsaməddin Paşanın rəhbərliyindəki Osmanlı donanması ilk növbədə Yunan üsyanının basdırmaq üçün Peleponnes Yarımadasında Mora Yenişəhəri(hazırkı Nafplion) qabağında dayanırdı. Hüsaməddin Paşa Rus flotillasının uzun yolda təchizat və ərzaq təmin etməyəcəyini və bu səbəblə heç müharibə etmədən təslim olacağını düşünürdü. Buna görə Egey dənizinə yelkən açmağa qərar verdi. Egey dənizinə çatdıqdan sonra Xios adası və Qaraburun arasında Çeşmə limanına yaxın açıqlarda dəmir saldı.
Osmanlı donanmasının Ege Dənizinə doğru yelkən açdığını xəbər alan iki Rus filosu Aralıq dənizində Osmanlı donanmasını axtarmaya başladı. İki filonun kapitanları Rus admiral Qriqori Spiridov və İngilis məsləhətçi Admiral Con Elfinston idi. Bu iki rus filosunda 21 ədəd gəmi var idi. Bunlardan 9 dənəsi 66–68 toplu gəmi,3 dənəsi 38–32 toplu freqat,1 dənəsi 12 havan daşıyan bomba,4 dənəsi atəş gəmisi,4 dənəsi də təxliyə gəmisiydi.
Osmanlı donanmasının varlığı bütün detalları ilə bilinmir. Ancaq 14–16 böyük döyüş gəmisi olduğu və bunlardan Burc-u Zəfərin 84 toplu[3][4] Rodosun 60 toplu və Kaptanpaşanın Kapudanə döyüş gəmisinin 100 toplu olduğu bilinir. Toplam top ədədi 1.300-ə yaxın idi.
Osmanlı donanması üç sıra olaraq dəmir atmışdı. Birinci sırada 70–100 topla 10 döyüş gəmisi yerləşməkdə idi. Bunlardan şimaldan dördüncü gəmidə Osmanlı donanmasının komandiri, Kaptanpaşa Mandalzadə Hüsaməddin Paşa dayanırdı;şimaldan ilk gəmi Burc-u Zəfər olub kapitanı Cəzayirli Həsən Bəy idi və şimaldan yeddinci gəminin kapitanı Rodos sancaq bəyi Cəfər Bəy idi. Donanmada olan digər 2 gəmi bir əvvəlki axşam Midilliyə getmişdi.
5 iyul 1770-ci ildə Osmanlı donanmasını Karaburun yarımadası ilə Xios adası arasında Çeşmə Körfəzinin şimal sularında dəmir atdı.6 iyulda günorta radələrində Osmanlı donanması saat 11:45 də atəş açıb savaş a başladıvə Rus filoları da həmən dəqiqə cavab atəşi açdılar. Böyük Rus gəmiləri planlanan taktik sırasını qoruya bilmədilər.
İyulun 6-dan 7-nə keçən gecə Rus filosu 00:30-da hərəkətə keçdi. İngilis admiralı Qriyeqinin rəhbərliyində ; döyüş gəmisi və 2 freqat və 1 qumbara gəmisi qaranlıqdan faydalanaraq Çeşmə Körfəzi ağzında növbə tutan 4 Osmanlı gəmisi üzərinə top atəşi açıb hücuma keçdilər. Bu müdafiə qarışıqlığı içində növbətçi Osmanlı döyüş gəmiləri körfəzə girişlərə nəzarət edə bilmirdi. Hücum edən Rus gəmiləri qumbara və yağlı bez ilə dolu top atəşiylə atəş gəmilərində yanğın başlatdılar. Əvvəlcə tək bir Osmanlı döyüş gəmisi yanmağa başladı. Ancaq gəmilər üst üstə və manevr edə bilməyəcək şəkildə dayandıqları üçün yanğın digər Osmanlı gəmilərinə də yayılmışdı. Saat 02:00-da Osmanlı gəmisi batmış, digərlərini isə atəş almışdı. Gecə saat 4-də Osmanlılar daha yanğın çıxmamış olan iki böyük üç-ambarlı döyüş gəmisini qurtarmaq üçün yardım dəstələri göndərdilər. Amma bu gəmilərdən biri sahilə çəkilməkdə ikən yanmağa başlayıb batdı. Səhərə qarşı, 08:00 radələrində müharibə sona çatdı[5].
11:00 radələrində Osmanlı dənizçisi ölmüşdü. Rusların itgiləri isə 700 nəfərə yaxın idi. Kaptan-ı Dərya Mandalzadə Hüsaməddin Paşa gəmisi ilə 7 iyulda Saqqız adasına qaçdı. Cəzayirli Həsən bəy və Rodos Sancaq bəyi Cəfər bəy xilas oldular. İzmirdə olan Cəzayirli Həsən bəy İstanbula çağrıldı.
Hüsaməddin Paşa vəzifəsindən alındı. Yerinə Rodos bəyi Cəfər bəy təyin olundu[6]. Cəzayirli Həsən Paşa Kaptanpaşa vəzifəsinə gətirildi.
Rus donanmasının Çanaqqala Boğazını keçib istanbula hücum etməsinin qarşısını almaq üçün İstanbulda limanda olan 6 köhnə döyüş gəmisi,4 Cezayir gəmisi və digər gəmilər tədarük edildikdən sonra Çanaqqalaya göndərildilər. Venesiyalılara əvəzi ödənərək gəmi almaq təklifi verilsədə Venesiya Respublikası bu istəyi qəbul etmədi.
Rus donanması komandiri Orlov Çanaqqala Boğazını bağlamaq surətiylə İstanbulu mühasirəyə almağa qərar verdi. Rus komandiri məsləhətçisi olan İngilis Admiralının Mərmərəyə girib İstanbula hücum etmə təklifini rədd etdi.10 iyul 1770-ci ildə Rus donanması Lemnos adasını işğala başladı. Ancaq Lemnos qalasına sığınan Türk kişi, qadın və uşaq təxminən 3.5 ay qədər Rus mühasirəsi altında qalanı müdafiə etdilər.
Çeşmə Dəniz Müharibəsi Osmanlıların Lepanto Müharibəsindən sonra dənizlərdə aldığı ilk böyük məğlubiyyəti idi. Osmanlı dövləti bu müharibədən sonra bir müddət effektiv donanmasız qaldı.
Osmanlı-Rus müharibəsinin 1774-cü ildə bitməsinə qədər Rus donanması Çeşməyə dəfələrcə geri gələrək limanı top atəşinə tutdu.
Qısa bir müddət sonra edilən Kiçik Qaynarca anlaşmasıyla Osmanlı Dövləti Qaradənizi ruslarla paylaşmaq vəziyyətində qaldı və Krımı ələ keçirən Rusiya Aralıq dənizində də donanma saxlamağa başladı.