Kiçik Qaynarca sülhü (türk. Küçük Kaynarca Antlaşması, rus. Кючук-Кайнарджийский мир) — Osmanlı və Rusiya imperiyaları arasında 10 (21) iyul 1774-cü ildə imzalanmış və 1768–1774-cü illər rus-türk müharibəsini başa çatdıran sülh müqaviləsi.
Kiçik Qaynarca sülh müqaviləsi | |
---|---|
| |
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 21 iyul 1774-cü il |
İmzalanma yeri | Qaynarca |
Tərəflər |
Pyotr Aleksandroviç Rumyantsev-Zadunayski Muhsinzadə Mehmed Paşa |
Dilləri | rus dili, italyan dili, türk dili |
Vikianbarda əlaqəli mediafayllar |
XVIII əsrin II yarısında Rusiya Sağsahil Ukraynası və Belorusiyanı Polşadan geri almaq, Baltik dənizində yeni ərazilər tutmaqla yanaşı Litva və Latviyanı da işğal etmək və Qara dəniz ətrafındakı torpaqlara yiyələnmək siyasəti aparırdı. Rusiyanın Qara dənizdə möhkəmlənmək siyasəti daha çox Osmanlı dövlətini narahat edirdi.
1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etdi. 1770-ci il Larqa və Kaqul döyüşlərində və eyni zamanda 1770-ci il Çeşmə dəniz döyüşündə Osmanlı ordusu məğlub oldu.
1774-cü ildə hər iki dövlət arasında Bolqarıstan ərazisindəki Kiçik Qaynarca kəndində sülh müqaviləsi bağlandı. Müqavilə Rusiyanın müharibə zamanı əldə etdiyi bəzi ərazi uğurlarını təsdiq etdi:
Müqavilə 1700-cü il İstanbul müqaviləsi istisna olmaqla, Osmanlı və Rusiya imperiyaları arasında əvvəlki bütün müqavilələri ləğv etdi[1].
Kiçik Qaynarca sülh müqaviləsinin imzalanması və sonrakı digər müqavilələr Osmanlı imperiyasının Balkanlarda təsirini zəiflətdi və Rusiya-Moldova siyasi əlaqələrinin genişlənməsinə əhəmiyyətli təsir göstərdi. Burada ən mühüm məqam isə, Osmanlı imperiyasının tədricən zəifləməsi və buna paralel olaraq Rusiyanın Balkan yarımadasında öz təsirini gücləndirməsi idi.
Müqavilə 1779-cu ildə Kiçik Qaynarca sülh müqaviləsinin davamı olan Aynalı-Kavak Konvensiyası ilə tamamlandı. Bu konvensiya Krım xanlığının müstəqilliyini və rus qoşunlarının onun ərazisindən çıxarılmasını təsdiq etdi. 1783-cü ildə müqavilələrin Krımın müstəqilliyini ehtiva edən maddələri ləğv edildi, Krım xanlığı Rusiya imperiyasına birləşdirildi. 28 dekabr 1783-cü ildə Rusiya və Türkiyə arasında Krım xanlığının müstəqilliyinə dair Kiçik Qaynarca sülh müqaviləsinin 3-cü maddəsini ləğv edən "Sülh, ticarət və hər iki dövlətin sərhədləri" haqqında akt imzalandı[2].
Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |