Çeşmi-afət xanım (1830 – 11 noyabr 1907) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın üçüncü xanımı.
Çeşmi-afət xanım | |
---|---|
18 yanvar 1863 – 26 iyun 1879 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1830 |
Vəfat tarixi | 11 noyabr 1907 |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir əyaləti |
Həyat yoldaşı | |
Ailəsi | Kavalalı ailəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən şimali Qafqaz əsilli olan Çeşmi-afət xanım təxminən 1830-cu ildə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Paşanın üçüncü xanımı olması səbəbilə "Üçüncü Şahzadə" ünvanı aldı. İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Çeşmi-afət xanım Misirdə Kiçik xanım olaraq anılmağa başlandı.
Cütlüyün bu nigahdan övladı olmadı və bu səbəblə, Çeşmi-afət xanım xeyriyyə işləriylə məşğul oldu. 1873-cü ildə əl-Suyufiyyədə ilk Qızlar məktəbinin əsasını qoydu. Bu onun Misirdəki şöhrətini daha da artırdı.
1879-cu ildə ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Çeşmi-afət xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü. Sabiq xədivin digər ailə fərdləriylə birlikdə Qahirədəki Safran sarayında yaşamağa davam edən Çeşmi-afət xanım 11 noyabr 1907-ci ildə Safran sarayında vəfat etdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.