Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır.
Kavalalı ailəsi | |
---|---|
الأسرة العلوية | |
Ölkə | |
Banisi | Mehmed Əli Paşa |
Sonuncu hökmdar | II Fuad |
Əsası qoyulub | 1805 |
Milliyyət | Türk |
Titullar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir.
Evlilik | |||||
MONARXLAR |
Əminə xanım | (1) MEHMED ƏLİ PAŞA Vali (1805–1848) | Aynülhəyat xanım | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bamba Qadınəfəndi | Əhməd Tosun Paşa | (2) İBRAHİM PAŞA Vali (1848) | Hoşyar Qadınəfəndi | (4) SƏİD PAŞA Vali (1854–63) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mehvəş xanım | (3) I ABBAS HİLMİ PAŞA Vali (1848–54) | Şəfəqnur xanım | (5) İSMAYIL PAŞA Vali (1863–67) Xədiv (1867–79) | Nurfələk Qadınəfəndi | Fəryal Qadınəfəndi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
İbrahim Hilmi Paşa | Nəsrin Qadınəfəndi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əminə İlhami | (6) TOFİQ PAŞA Xədiv (1879–92) | (8) HÜSEYN KAMİL Sultan (1914–17) | (9) I FUAD Sultan (1917–22) Kral (1922–36) | Nazlı Sabri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
İqbal xanım | (7) II ABBAS HİLMİ PAŞA Xədiv (1892–1914) | Mehmed Əli Tofiq I Fərruxun naibi (1936–37) | Nəriman Sadiq | (10) I FƏRRUX Kral (1936–52) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məhəmməd Əbdül Moneim II Fuadın naibi (1952–53) | (11) II FUAD Kral (1952–53) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||