Çekizm

Moskvadakı Lubyanka binası 1917-ci ildən sovet və Rusiya kəşfiyyat orqanlarına xidmət edir. Bu səbəbdən "Lubyanka" termini məxfi polis mənasında istifadə olunan metonimə çevrilmişdir.

Çekizm (rus. Чекизм; ilk sovet məxfi polis təşkilatı olan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası üçün istifadə olunan "çeka" sözündən)[1][a]SSRİ-də məxfi polisin cəmiyyətin bütün sahələrə güclü nəzarət etdiyi vəziyyəti təsvir edən termin.[2][3] Bu, həm də indiki Kreml hakimiyyətini tənqid edənlər tərəfindən müasir Rusiyada hüquq-mühafizə orqanlarının istifadə etdiyi gücü təsvir etmək üçün istifadə olunur.

Çekizm Feliks Dzerjinski tərəfindən on ildən çox müddət ərzində tətbiq edilən və inkişaf etdirilən təhlükəsizlik polisindəki inanclar, təcrübələr və fərziyyələr toplusunun məhsulu kimi təsvir edilir. Onun yerləşdirdiyi sistemlər siyasi terroru qanuniləşdirən və romantikləşdirən konsepsiyanın sakrallaşdırılmasına gətirib çıxarmışdır.[4] Əbdurrəhman Avtorxanov sovet cəmiyyətinin dayağı kimi məxfi siyasi polis ideyasını irəli sürmüşdür.[5]

Çekizm çeka mentalitetinin qondarma fəzilətlərinə əsaslanan bir kult formasına çevrilmişdi. Albatsın sözlərinə görə, Lavrenti Beriya, Yuri Andropov və Vladimir Kryuçkov da daxil olmaqla, əksər KQB rəhbərləri həmişə Kommunist Partiyası ilə hakimiyyət uğrunda mübarizə aparmış, zahiri kommunist liderləri manipulyasiya etmişdilər.[6] Çekizmin sakrallaşdırılması Dzerjinski kimi liderlərə məxfi polis üzvləri ilə xüsusi münasibət qurmağa imkan vermiş, eyni zamanda partiya qurucularının başqalığını təbliğ etmişdir.[4]

Rusiya Dumasının keçmiş üzvü Konstantin Borovoya görə, "Putinin təyinatı DTK-nin hakimiyyət uğrunda səlib yürüşünün kulminasiya nöqtəsidir. Bu onun finalıdır. İndi ölkəni DTK idarə edir".[7] Moskvada yerləşən "Center for the Study of Elites"in direktoru Olqa Krıştanovskaya müəyyən etmişdir ki, Rusiyada 1,016 aparıcı siyasi xadimdən 78%-ə qədəri əvvəllər DTK və ya FTX-yə bağlı təşkilatlarda xidmət etmişdir.[8]

Bəzi müşahidəçilər qeyd etmişdir ki, Rusiyanın indiki dövlət təhlükəsizlik təşkilatı olan FTX DTK-dan daha güclüdür, çünki bu qurum DTK kimi Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərmir.[8] Üstəlik, FTX rəhbərliyi və onların tərəfdaşları ölkədəki ən mühüm iqtisadi aktivlərə sahibdirlər və Rusiya hökumətinə, Dövlət Dumasına nəzarət edirlər.[9]

Politoloq Stanislav Belkovski çekizmi aqressiv antiamerikanizmi özündə birləşdirən "imperiya ideologiyası" olaraq təyin etmişdir.[10]

  1. Həmçinin, sadəcə olaraq Fövqəladə Komissiya (rus. Чрезвычайная Комиссия). Rus dilində ЧК, yəni "Çe-Ka" olaraq qısaldılmışdır.
  1. Buchar, Robert. And Reality Be Damned...: Undoing America: What Media Didn't Tell You about the End of the Cold War and the Fall of Communism in Europe (ingilis). Durham, CT: Eloquent Books. 2010. 242. ISBN 978-1-60911-166-3.
  2. The Chekist Takeover of the Russian State, Anderson, Julie (2006), International Journal of Intelligence and Counter-Intelligence, 19:2, 237–288.
  3. The HUMINT Offensive from Putin's Chekist State Anderson, Julie (2007), International Journal of Intelligence and Counter-Intelligence, 20:2, 258–316
  4. 1 2 Harris, James. The Anatomy of Terror: Political Violence under Stalin (ingilis). Oxford: Oxford University Press. 2013. 13. ISBN 978-0-19-965566-3.
  5. The Chechen Times №17, 30.08.2003. Translated from "Technology of Power", 1991, Şablon:Listed Invalid ISBN, chapter 34 Russian text Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine
  6. Yevgenia Albats and Catherine A. Fitzpatrick. The State Within a State: The KGB and Its Hold on Russia—Past, Present, and Future. 1994. ISBN 0-374-52738-5.
  7. "The KGB Rises Again in Russia – by R.C. Paddock – Los Angeles Times, January 12, 2000". October 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2022.
  8. 1 2 In Russia, A Secretive Force Widens Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine – by P. Finn – The Washington Post, 2006
  9. Jamie Glazov (23 June 2006). When an Evil Empire Returns — The Cold War: It's back. Arxivləşdirilib 2020-06-15 at the Wayback Machine, interview with Ion Mihai Pacepa, R. James Woolsey, Jr., Yuri Yarim-Agaev, and Lt. Gen. Thomas McInerney, FreeRepublic.com. Retrieved 2 October 2019.
  10. According to Stanislav Belkovsky, "Chekism is a neo-Soviet imperial ideology and not just a line in a resume." Faking Left Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine, by Stanislav Belkobsky, The St. Petersburg Times

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]