Çelyuskin yarımadası

Çelyuskin yarımadasıTaymır yarımadasının bir hissəsini təşkil edir[1]. Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Yarımada Laptevlər dənizi ilə Kara dənizi arasında yerləşir. Yarımadanın sonucunda Asiya qitəsinin ucqar şimal qutaracağı olan Çelyuskin burnu yerləşir.

Çelyuskin yarımadası
Ümumi məlumatlar
Sahəsi 16000 km²
Ən yüksək nöqtəsi 371 m
Yerləşməsi
77°00′ şm. e. 104°00′ ş. u.HGYO
Akvatoriya Kara dənizi
Ölkə  Rusiya
Çelyuskin yarımadası xəritədə
Çelyuskin yarımadası
Çelyuskin yarımadası

Yarımadanın sahəsi 16.000 km² təşkil edir. Ərazisi platodan ibarətdir. Ən hündür nöqtəsi Oktyabr dağı 371 metrdir. İri çayları: Qolsovaya, Srebyanka və Kelxa. Ərazisi arktik səhra və tundradır.

Arktik dəniz iqlimi hakimdir. Yayda belə şaxtalar müşahidə edilir.

  1. Полуостров Таймыр. Северо-Сибирская низменность // Общая характеристика территории / сост. и подгот. к изд. ПКО "Картография" и Госцентром "Природа" в 2004 г. ; гл. ред. А. Н. Краюхин ; отв. ред.: Г. В. Поздняк, Н. Н. Полункина, Н. В. Смурова. — М. : Роскартография, 2004. — С. 232–233. — (Национальный атлас России : в 4 т. ; 2004–2008, т. 1). — ISBN 5-85120-217-3.