Çernobıl Ukrayna Milli Muzeyi

«Çernobıl» Ukrayna Milli Muzeyi (ukr. Український національний музей «Чорнобиль», translit. Ukrayinskiy natsionalnıy muzey «Çornobıl») — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən və 1986-cı ildə baş verən Çernobıl faciəsinə həsr olunmuş muzey. İctimaiyyəti faciənin aspektləri ilə məlumatlandırmaq üçün muzeydə çoxlu şəkillər, videolar, eksponatlar, modellər və digər təsviri əşyalar var. Muzeydə qəzada həyatını itirənlərə və mədəni budaqlanmaya həsr olunan müxtəlif sərgilər keçirilib.

«Çernobıl» Ukrayna Milli Muzeyi
Національний музей «Чорнобиль»
Muzeyin girişi
Muzeyin girişi
Xəritə
Əsası qoyulub 25 aprel 1992 (1992-04-25)
Açılış tarixi 25 aprel 1992
Mövzu Çernobıl faciəsi
Ölkə
Yerləşir provulok Xoriva, 1, Kiyev, Ukrayna
Kolleksiyası 7,000+
Direktor İvan Dmitroviç
İş rejimi 10:00—18:00
50°27′58″ şm. e. 30°31′03″ ş. u.
«Çernobıl» Ukrayna Milli Muzeyi (Ukrayna)
«Çernobıl» Ukrayna Milli Muzeyi
«Çernobıl» Ukrayna Milli Muzeyi, Ukrayna
www.chornobylmuseum.kiev.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey binası 1980-ci illərdə tikilmişdir. Binanın köhnə sahibi bir yanğınsöndürmə briqadası idi. Bina 1992-ci ilUkrayna Dövlət Fövqəladə Hallar Xidməti tərəfindən bağışlanmışdır.

Muzey Ukrayna Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə «Çernobıl» Muzeyi adı altında 25 aprel 1992-ci ildə açılmışdır. 1996-cı ildə muzeyin adı «Çernobıl» Ukrayna Milli Muzeyi olmuşdur.[1]

Maliyyələşdirmə

[redaktə | mənbəni redaktə et]

Muzey Ukrayna hökumətiKiyev bələdiyyəsi tərəfindən maliyyələşdirilir və dəstəklənir. Muzeyə çoxlu özəl və xarici ianələr gəlir. Muzey Yaponiya hökuməti tərəfindən çoxlu ianələr alıb.[2]

  1. "Національний музей "Чорнобиль"". Фінансово-правовий коледж. 1 may 2017. 27 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2018.
  2. "Japan extends grant for Chornobyl museum". Ukrinform. 23 sentyabr 2009. 2011-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]