Çeymbers küçəsi (ing.Chambers Street) ― Nyu-York şəhərininManhettenborosunda yerləşən küçə. O, qərbdən Betteri Park Siti kvartalındaki Rivə Terras küçəsindən başlayaraq PS 234 (İstiqlal Məktəbi) və Stayvesant məktəbindən keçir və şərqdəki Mərkəzi küçədə yerləşən Manhetten Bələdiyyə Binasında bitir. Brodvey və Mərkəzi küçənin arasında Çeymbers küçəsi Nyu-York bələdiyyə binası və Tvid ədliyyəsini əhatə edən ərazilərin şimal sərhədini təşkil edir. Tvid ədliyyəsi ilə üzbəüz Manhettenin Suroqat ədliyyəsi yerləşir. 280 Brodvey Mərmər Sarayı oradan qərbdə, palataların şimal tərəfindədir.
Çeymbers küçəsi vəkil Con Çeymbersin şərəfinə adlandırılıb, hansı ki 38 il keşişi (1726–1757) və nəzarətçisi (1757–1765) olduğu Manhettendəki Üç Üqnum kilsəsinin vacib prixodçu idi; onun atası Uilyam Çeymbers idi, həyat yoldaşı isə Anna Van Kortlandt idi.[1][2][3][4][5]Con Cey Çeymbersin qardaşı oğlu idi.[6][7] Çeymbersin hüquqşunas tərədaşı Con Mürreyin şərəfinə qonşuluğdaki küçə adlandırılmışdır.[8]
1971-ci ilə qədər Çeymbers küçəsi Mərkəzi küçənin şərqindən Nyu Çeymbers adını daşıyırdı və bələdiyyə binasının tağından keçirdi. Ən axrıncı konfiqurasiyadan sonra Nyu Çeymbers küçəsi Park Rou, Bruklin körpüsünün çıxışı və Dueyn küçəsinin kəsişməsindən qərb istiqamətində nəqliyyat hərəkətini təmin edirdi. 1971-ci ildə küçə 1 Polis Plazasında piyada meydanının inşasına yol açmaq üçün bağlandı. 1971-ci ildə 1 Polis Plaza piyada meydanının inşasına yer etmək üçün küçə bağlandı.[9] Dueyn küçəsi də bağlandı və Park Rou ilə yolayrıcı ləğv olundu, Park Rounun özü isə piyada meydanına çevrildi.[10]
2010-cu ildən Çeymbers küçəsində yenidənqurma işləri aparılmağa başlandı və 2015-ci ildə bitdi.[11][12]