Çhan He Cin

Çhan He Cin (13 may 1987[1], Tequ) — Cənubi Koreyalı oxatan. Çang Hye-Jin 2013-cü ildə Dünya Çempionatında bir qızıl, 2016-cı ildə Olimpiya Oyunlarında isə iki qızıl medal qazanıb.

Çang Hye-Jin
Şəxsi məlumatlar
Tam adı Çang Hye-Jin
Vətəndaşlığı Cənubi Koreya Cənubi Koreya
Doğum tarixi (36 yaş)
Doğum yeri
İdman növü Kamandan oxatma
Boyu 1,58 m
Çəkisi 50 kq
25 avqust 2016 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Çang Hye-Jin karyerasında birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Çang Hye-Jin Türkiyənin Antalya şəhərində Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra isə o, Asiya Oyunlarında fərdi yarışlarda gümüş, komanda hesabında isə qızıl medal qazandı. Çang Hye-Jin karyerasının əsas uğurunu isə 2016-cı ildə Olimpiya Oyunlarında qazandı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan yarışlarda 1-ci yeri tutaraq qızıl medal qazandı. Komanda hesabında isə Çang Hye-Jin Çoi Mi-SunKi Bo-Bae ilə birgə XXXI Yay Olimpiya Oyunlarının iki qat çempionu oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Chang Hye-jin // https://pantheon.world/profile/person/Chang_Hye-jin.