Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir. Bir növ Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır. Yarışlar ilk dəfə 1951-ci ildə Hindistanda, Yeni Dehli şəhərində keçirilmişdi.
İl | Ev sahibi şəhər | Ölkə |
---|---|---|
1951 | Nyu-Dehli | Hindistan |
1954 | Manila | Filippin |
1958 | Tokio | Yaponiya |
1962 | Cakarta | İndoneziya |
1966 | Banqkok | Tailand |
1970 | Banqkok | Tailand |
1974 | Tehran | İran |
1978 | Banqkok | Tailand |
1982 | Nyu-Dehli | Hindistan |
1986 | Seul | Cənubi Koreya |
1990 | Pekin | ÇXR |
1994 | Hiroşima | Yaponiya |
1998 | Banqkok | Tailand |
2002 | Busan | Cənubi Koreya |
2006 | Doha | Qətər |
2010 | Quançjou | ÇXR |
2014 | İnçjon | Cənubi Koreya |
2018 | Cakarta-Palembang | İndoneziya |
2022 | Xançjou | ÇXR |
2026 | Naqoya | Yaponiya |
2030 | Doha | Qətər |
2034 | ər-Riyad | Səudiyyə Ərəbistanı |
Samsung Group şirkətinin spornsorluğu ilə 1998-ci ildən "Asiya Oyunlarının Ən Dəyərli Oyunçusu" seçilir. Bu nominasiyada fərqlənmiş qızıl medallı idmançılar aşağıdakılardır:
İl | Atlet | İdman növü | Mənbə |
---|---|---|---|
1998 | Koji İto | Yüngül atletika | [1] |
2002 | Kosuke Kitajima | Üzgüçülük | [1] |
2006 | Park Tae-Hwan | Üzgüçülük | [2] |
2010 | Lin Dan | Badminton | [3] |
2014 | Kosuke Hagino | Üzgüçülük | [4] |
2018 | Rikako Ikee | Üzgüçülük | [5] |