Çiçaqov adası

Çiçaqov adası (ing. Chichagof Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Adanın 2000-ci ildə 1342 nəfər təşkil edir.

Çiçaqov adası
ing. Chichagof Island
Ümumi məlumatlar
Sahəsi 5306 km²
Uzunluğu
  • 120.700,8 m
Eni 80.467,2 m
Hündür nöqtəsi 1.191,5 m
Əhalisi 1.342 nəfər (2000-ci il)
Yerləşməsi
57°52′25″ şm. e. 135°54′27″ q. u.HGYO
Ölkələr
Arxipelaq
Akvatoriya
[[Fayl:|280px|Çiçaqov adası xəritədə]]
Çiçaqov adası
Çiçaqov adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın sahəsi 5306 km², uzunluğu 120 km, eni isə — 80 km təşkil edir. KadyakUels Şahzadəsi (Alyaska) adalarından sonra Alyaskanın üçüncü böyük adasıdır. Sahil xətti 742 mildir[1].

Çiçaqov adasından cənubunda Baranov adası yerləşir. Şərqində Çatem boğazı, şimaldan Ledyanoy boğazı, qərbdə Alyaska körfəzi, cənubda isə Perilski boğazı onun sahillərini yuyur.

Ada 1741-ci ildə Aleksey İliç Çirikov tərəfindən kəşf edilir. Adlanması isə 1805-ci ildə Y.F.Lisyanski tərəfindən V.Y.Çiçakovun şərəfinə adlandırılıb. O, 1788–1790 ci illərdə İsveçlə müharibədə iştirak etmişdir.

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Əsas yaşayış məntəqləri Huna, Pelikan və Tenaki-Sprinqz. Onlar adanın şimalında yerləşir. İnzibati mərkəzi isə adadan cənubda yerləşən qonsu adada yerləşir. Mərkəz isə Sitka şəhəridir. Orada 2000-ci ildə cəmi 8 nəfər yaşayırdı.

Adanın əsas gəlir mənbəyi Turizm, balıqçılıq və meşə sənayesidir. Turistləri adaya çəld edən Qonur ayı, Dəniz samuru, Suiti, Dəniz şiri, Qartal, Dəniz quşları və Balina kimi canlılardır. Tenaki-Sprinqz isti su mənbələri vardır. Bura Tlingitlərin Alyaskada olan ən böyük yaşayış məntəqəsidir. Pelilan qəsəbəsində balıq ovu turları təşkil edilir.

  1. DeArmond, R. N. Southeast Alaska: Names on the Chart and how they get there. Juneau, Alaska: Ripley/DeArmond. 1995.