Çigirin — tarixin daha erkən çağlarında bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz vilayəti (Çerkessk) mərkəzidir. Qara Klobukların xələfi olan çərkəzlərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir.
Şəhər | |||||
Çigirin | |||||
---|---|---|---|---|---|
Чигирин | |||||
|
|||||
49°05′ şm. e. 32°40′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 124 ± 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 20900–20906 | ||||
Nəqliyyat kodu | CA, IА / 24 | ||||
Digər | |||||
chigirinskaotg.gov.ua | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Artıq XVI əsrdən kazak və kalmIkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677–1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir.
1676–1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Q. Romadonovski (I Pyotr gələcəkdə ona "Knyaz ata" ləqəbi verir) və rusların, daha obrazlı deyilsə "moskal"ın sədaqətli və üzüyola tərəfdaşı hetman İ. Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz kasımlıları ilə döyüşlərdə iştirak edirdi Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi. Bu sülhə görə Rusiya və Türkiyə Osmanlı dövləti arasında sərhəd xətti Dnepr boyunca keçməli idi. Bununla Osmanlı dövləti əllərində olan öz torpaqlarında geriyə sıxışdırılır, sol sahil Ukraynasının Rusiyaya keçməsi faktı ilə barışır və onu tanımalı olurdu.
Çigirin adına gəldikdə o da qeyd olunmalıdır ki, bu ad qədim və güclü türk qövmü olan cigillərlə bağlı ola bilər.
Sovet dövründə — 1967-ci ildə Çigirində Boqdan Xmelnitskiyə abidə qoyulmuşdur. Şəhərin indiki məzarlığı altında Skiflər dövrünə aid qədim qəbristan olduğu aşkar olunmuşdur. Qədim qalanın qalıqları və dağda istehkam divarları bu gün də durmaqdadır. Çigirinin gerbində qaçağan at və döyüş oxları təsvir edilmişdir.
Ukrayna haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |