Çikamatsu Monzaemon (yapon dilində: 近松 門左衛門, həqiqi adı Sugimori Nobumori, yapon dilində: 杉森 信盛, 1653 – 6 yanvar, 1725) — Yapon dramaturqu.[5]
Çikamatsu Monzaemon | |
---|---|
yap. 近松門左衛門 | |
Doğum adı | 杉森次郎吉 |
Doğum tarixi | 1653[1][2][…] |
Vəfat tarixi | 6 yanvar 1725[3][4] |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, aktyor |
Əsərlərinin dili | yapon dili |
Vikianbarda əlaqəli mediafayllar |
Çikamasu Monzaemon 1653-cü ildə anadan olub.
Çikamasu Monzaemon uzaq Şərq Renessansının ən böyük dramaturqudur. Bir faktı görməmək olmaz ki, bu ədəbi hadisə, yəni uzaq Şərqdə meydana çıxan bu intibah gecikmiş intibah idi və bu, artıq Maarifçilik dövrünə gəlib düşmüşdü. Çikamasunun yaradıcılığı XVII əsrin axırına və XVIII əsrin əvvəllərinə düşürdü. Avropada isə İntibah dövrü XVI əsrdə qurtarır.
Çikamasu Samuray ailəsindən çıxmışdır. 1677-ci ildə o, artıq dramaturgiyada böyük uğurlar qazanmışdı. Əvvəla o, Kabuki teatrında fəaliyyət göstərir. İlk əsərləri (pyesləri) üçün süjetləri o, knyaz ailələrində baş verən hadisələrdən götürürdü. Məsələn: onun yaşadığı əyalətin knyazı öləndən sonra, hakimiyyət onun böyük oğlunun ixtiyarına keçir, lakin bu gənc bir Oyranın (qeyşanın) eşqinə düşür və özünün bütün var-dövlətini onun yoluna xərcləyir. Bu fürsətdən istifadə edərək bu knyazın ögey anası çalışır ki, ögey oğlunu mirasdan məhrum eləsin və var-dövlətin hamısını öz doğma oğlunun ayağına keçirsin. Beləliklə, bu ailədə çox mürəkkəb bir situasiya yaranır və bunun da nəticəsində müxtəlif tiplər meydana çıxır. Nəhayət knyazın vəfalı arvadı Ouranın sədaqətli əməli ilə xeyir qalib gəlir. Çikamasunun ilk pyeslərinin süjetləri bu şəkildə qurulurdu.
Sonra Çikamasu Kabuki teatrından uzaqlaşır və bu dəfə Zeruri teatrına yaxınlaşır. O, elə teatr istəyirdi ki, ordu onun yaradıcılığı üçün məhdudiyyət olmasın, sərbəst olsun. Zeruri teatrı məhz belə bir teatr idi. Zeruri nə demək idi? Burada xalq rəvayətlərindən alınmış süjetlərdən ibarət əsərlər tamaşaya qoyulurdu. Bu pyeslər 12 hissədən ibarət idi və burada Zeruri adlı gözəl bir qızın məhəbbətindən bəhs edilir. Bu qız Uşivanodeoru adlı bir gənci sevir. Tamaşanı xüsusi musiqisi müşayiət edirdi. Sonra bu teatra marionetkalarda (oyuncaq kuklalar) daxil oldu. 80-ci illərdə məşhur bir musiqiçi – Tokemato Tidayu meydana çıxdı. O, öz teatrını yaratdı və Çikamasuya təklif etdi ki, bu teatr üçün pyeslər yazsın. Onların dostluğu yapon ədəbiyyatı tarixində xüsusi mərhələ olmuşdu. Zeruri pyeslərinin – xüsusən Çikamasu pyeslərinin ilk nümunələrindən biri "Sredzure qusa" adlanır. Bu pyes nağıl xarakterli əsərdir. Bəs Çikamasu bu teatra hansı yeniliyi gətirmişdi? Yəni "Zeruri" nə ilə fərqlənirdi? Bu pyeslərin birinci fərqli cəhəti ondan ibarətdir ki, köhnə pyeslər 6 hissədən ibarət idi, lakin yeni tarixi pyeslər üç hissədən ibarət idi. Lakin başqa bir radikal fərq də var idi. Köhnə Zerurilər (pyeslər), nağılların dramatikləşdirilmiş şəklindən ibarət idi və pyeslər nəsrlə yazılırdı, yeni Zerurilər formasını dəyişdi və bu pyeslərin artıq bir hissəsi şeirlə yazılırdı: pyeslərin müəyyən hissəsi nəsrlə yazılırdı, qalan hissələri isə şeirlə yazılırdı. Bu Zeruri öz xarakterinə görə bir qədər Ekeku pyeslərinə oxşayırdı. Bu yeni pyeslərdə rəvayət, nağıl şəklində olan hadisələri bir qədər dəyişilərək, həqiqətə uyğunlaşdırılırdı. Çikamasunun fikrincə, incəsənət nazik, zərif bir pərdədir. Bu pərdə də yalanla gerçək arasında dayanır və teatrın əsas məqsədi də bundan ibarət olmalıdır ki, tamaşaçıları inandırsın, onları razı salsın. Teatrda belə vəziyyətə naqusame deyirdilər. Çikamasunun tarixi pyeslərində konflikt həmişə xeyirlə şərin toqquşması ilə müşayiət olunur və xeyrin təntənəsi üstündə ataların və oğulların qarşılıqlı münasibətlərini göstərə bilirdi. Bu əsərlərdə ata ilə oğul, ərlə arvad, qardaşlar, bacılar arasındakı münaqişə, ixtilaf dramatikləşdirilir və insanların borc hissələri öz əksini tapırdı. Çikamasunun məişət pyesləri "Sevemano" adlanırdı. Bu pyeslər elə əsərlərdir ki, onlarda ikiqat qatillik, intihar təsvir edilirdi. İntihar hadisələri isə cəmiyyətin özündən doğurdu, ailə həyatının möhkəm olmamasından irəli gəlirdi. Belə pyeslər "Sicyomono" adlanırdı ("İkiqat qətl" deməkdir). Bütün bu pyeslərdə elə xüsusi yerlər var ki, bunlar bütünlüklə lirik xarakter daşıyır. Bunlar "Mitiyuki" adlanırdı. Bu sözün mənası "Ölümə aparan yollar" deməkdir. Bu pyeslərdən birinin qısa məzmununa diqqət yetirək: bu pyesin adı "Ten-no-Amizima"dır. Kağız ticarətçisi Zihey Kohari adlı bir oyranı (Teysanı) sevir (Teysalar – Yaponiyada elə qadınlara deyilir ki, onlar savadlıdırlar, rəqs etməyi, oxumağı, insanları öz istedadı ilə əyləndirməyi bacaran qadınlardır). Lakin onun sahibi (Geyşanın sahibi) qıza imkan vermir ki, Zihey ilə görüşsün, çünki sahibkar qadın qızı varlı bir tacirə vermək istəyirdi. Ziheyin həqiqi arvadı Geyşadan xahiş edir ki, onun ərindən əl çəksin, heç olmasa onun uşaqlarının xətrinə. Koharu (Geyşa) razı olur. Zihey bunun üstündə arvadını boşayır. Bu zaman Ziheyin qayınatası onun yanına gəlir. Zihey əslində bağlama getmək istərkən görür ki, kürəkəninin bağlamasında olan bütün pal-paltar onun aldıqlarıdır. Qayınata həm qızını, həm də paltarları götürüb aparır və deməli burada intihar üçün imkan yaranır.[5]