Çimbaroso (isp. Chimborazo) ― Ekvadorun ən hündür nöqtəsi olub, sönmüş vulkandır. Hündürlüyü 6267 m-dir. Son püskürməsi eramızın ilk yüzüllüyündə baş vermişdir. XVI və XIX əsrlərdə o dünyanın ən hündür nöqtəsi hesab edilirdi. Vulkanın ətəyində Quayas çayı başlanğıcını götürür. Vulkanın adı Çimbaroso əyalətinin adından götürmüşdür.
Çimbaroso vulkanı | |
---|---|
Chimborazo | |
Ümumi məlumatlar | |
Dağ sistemi | And dağları |
Dağ silsiləsi | And dağları |
Kraterin diametri | 750 m |
Əmələgəlmə dövrü | Oliqosen |
Yaşı | 25 min il |
İlk püskürmə | 1880 |
Mütləq hündürlüyü | 6.263,47 m[1] |
Yerləşməsi | |
1°28′09″ c. e. 78°49′03″ q. u.HGYO | |
Ölkə | Ekvador |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çimbarosonun adının tarixi haqqında müxtəlif fərziyyələr var. Keçua "çimba" tərcümədə "digər tərəfdən" və ya "çayın digər sahilində" mənasını verir. Həmçinin "razu" sözü "qar" və ya "buz" mənasını verir. Yerli sakinlər hesab edirlər ki, bu iki sözün birləşməsi-Çimbarosu- "digər tərəfindən qar" deməkdir. Bəzi dillərdə isə "schingbu"-qadın, "razo"-isə qar (buz) yəni "buzlu qadın" deməkdir. Adın mənşəyinin digər versiyaları mövcuddur.
Çimbarosu Andın ekvatorial hissəsində, Kito şəhərinin 150 km-liyində yerləşir. Aydın havalarda Quaykil şəhərindən 140 km məsafədə yerləşir. Dağa ən yaxın yerləşən şəhərlər Riobamba (cənub-şərqdən 30 km), Ambato (şimal-şərqə 30 km) və Guarandadır (cənub-qərbdən 25 km).
Vulkanın üst hissəsi tamamilə buzla örtülür və burada 4600 metr hündürlüyündə buz qatı mövcuddur. Boliviya və Çimbarosu əyalətlərinin sakinləri üçün dağdan ərimə suları əsas su mənbəyidir. Son onilliklərdə qlobal istiləşmənin təsiri ilə buzlaqların sahəsi azalmışdır. Soyuducuların yayılmasından əvvəl, Çimbarosudan gələn buz, ətrafdakı icmaların əhalisi tərəfindən bazarlarda satılması, məhsulların qorunması və iqlimi isti olan şəhərlərin sərinləşdirilməsi üçün istifadə edilirdi.
O, andezit-dasit stratovolkanadır. Son vulkanik püskürməsi bizim eranın 550-ci illərdə baş verməsi məlumdur. Hal-hazırda vulkan aktual sayılmır.
Çimbaraso, Ekvadorun ən yüksək dağıdır və 6,310 metrdir və Şimali Amerikadakı bütün dağlardan daha yüksəkdir. Çimbaraso, Himalay ölçülməmişdən əvvəl dünyanın ən hündür dağı idi. George Everestin 1856-cı ildəki ölçmələri bir çox Himalay zirvəsinin, xüsusilə Everest dağının Çimbarasodan əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərdi.