Çimnaz Hadi qızı Mirzəzadə (24 aprel 1945, Bakı) — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru[1]
Çimnaz Mirzəzadə | |
---|---|
Çimnaz Hadi qızı Mirzəzadə | |
Doğum tarixi | 24 aprel 1945 (79 yaş) |
Doğum yeri | |
Atası | Hadı Mirzəzadə |
Elm sahəsi | filologiya |
Elmi adı |
Çimnaz Mirzəzadə 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA akad. Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Ərəb filologiyası" şöbəsinə baş laborant vəzifəsinə işə götürülmüşdür. İnstitutda çalışdığı müddət ərzində Ç. H. Mirzəzadə baş laborant vəzifəsindən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.
Ç. H. Mirzəzadə 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olmuş, 1981-ci ildə "Azərbaycan toponimləri orta əsr ərəb coğrafi mənbələrində" adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Mirzəzadə Çimnaz Hadı qızı 1992-ci ildən 2007-ci ilə kimi BDU İlahiyyat fakültəsində müəllim, baş müəllim kimi ərəb dilindən dərs demişdir. 2007-ci ildə İlahiyyat fakültəsinin "Dillər" kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2009-2018-ci illərdə həmin kafedranın müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Çalışdığı müddətdə ərəb dilindən mühazirə və məşğələ dərslərini aparmış, kurs və buraxılış işlərinə rəhbərlik etmişdir. Eyni zamanda BDU-nun İlahiyyat fakültəsinin Elmi Şurasının katibi, Fakültə Tədris-Metodik Şurasının sədri, İlahiyyat fakültəsinin "Elmi Məcmuəsi"nin redaksiya heyətinin üzvü olmuşdur. Hal-hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru və BDU-nun Böyük Elmi Şurasının üzvüdür. 2005-2018-ci illərdə AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu nəzdindəki Birdəfəlik Müdafiə Şurasının üzvü olmuşdur.
Ç. H. Mirzəzadənin 60-dan artıq məqalə və tezisi, 3 monoqrafiyası 4 kitabı, 6 dərs vəsaiti və proqramı çapdan çıxmışdır. O, Moskva, Sankt-Peterburq, Bişkek, Mahaçqala, Bakı və Şəki şəhərlərində keçirilən beynəlxalq və yerli seminar və konfranslarda elmi məruzələrlə çıxış etmiş, seksiyalara rəhbərlik etmişdir.