Çin Kommunist Partiyası (ÇKP) (çin. Zhōngguó Gòngchǎndǎng) — Çin Xalq Respublikasının əsas və hakim partiyası və üzvlərinin sayına görə dünyanın ən böyük partiyası. 1921-ci ildə təsis edilib və Çin vətəndaş müharibəsində Homindanın məğlubiyyətindən sonra hakimiyyətə gəlib.
Çin Kommunist Partiyası 中国共产党 | |
---|---|
ÇKP | |
![]() | |
Sədri | Si Tsinpin |
Baş katib | Si Tsinpin |
Quruluş tarixi | 1 iyul 1921 |
Baş qərargah |
|
İdeologiya | Kommunizm, Marksizm-leninizm, Maoizm, Den Syaopin ideyaları |
İdeoloji spektr | İfrat sol |
Üzv sayı | 98,041,000 (2022)[1] |
Şüar | Xalqa xidmət! |
Mətbuat orqanı | "Jenmin Jibao" qəzeti və "Tcyuşi" jurnalı |
Saytı | cpc.people.com.cn |
Bayrağı |
![]() |
![]() |
Partiyanın rəhbər rolu ÇXR-in konstitusiyasında qeyd olunur.[2]
ÇKP-nin mənşəyi Çin intellektualları arasında qərbdən gələn marksizm və anarxizm fikirlərinin populyarlıq qazandığı dövrdə baş verən 1919-cu il 4 may hərəkatından gəlir.[3] Rusiyada Oktyabr inqilabı və bolşeviklərin qələbəsi də ÇKP-nin yaranması üçün ilham mənbəyi olub.[4] Leninizmi və dünya inqilabını tərifləyən ilk qabaqcıl Çin intellektualı Li Daçjao idi. Partiyanın başqa həmtəsisçisi olan Çen Duşüdən fərqli olaraq, Li Çin Respublikasının işlərində iştrakından imtina etməyib. İkisi də inanırdı ki, Oktyabr inqlabı hər yerdə əzilən ölkələr üçün yeni dövr başladıb.[5] ÇKP Vladimir Leninin avanqardizm strategiyasına əsaslanırdı.[6]
Partiyanın ilk qurultayı 1921-ci il iyulun 23-dən 31-dək keçirilmişdir.[7]