Çin vətəndaş müharibəsi (çin. 國共内戰) — Çin Respublikası qüvvələri ilə Çin kommunistləri arasında 1927-1950-ci illərdə (fasilələrlə) baş vermiş silahlı qarşıdurmalar seriyası. Müharibə 1927-ci ildə Şimal yürüşündən sonra, Çan Kayşinin rəhbərlik etdiyi Qomindanın sağ qanadının qərarı ilə Qomindan ilə ÇKP arasındakı ittifaqın pozulan zaman başladı.
Çin vətəndaş müharibəsi | |||
---|---|---|---|
Soyuq müharibə (1946-cı ildən) | |||
国共内战 國共內戰 | |||
Tarix | |||
Yeri | Çin | ||
Nəticəsi | Çinin kontinental hissəsinin Çin Kommunist Partiyasının əlinə keçməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1936-cı ilin dekabrında Qomindan generalları Çjan Syuelan və Yan Xuçen, "Sian insidenti" adlandırılan hadisə zamanı Çan Kayşini həbs etdi, hər iki tərəfin yapon işğalçılarına qarşı mübarizəyə diqqət yetirməsi üçün kommunistlərin atəşkəs təklifini qəbul etməsini məcbur etdi. Yaponiya üzərində qələbədən sonra vətəndaş müharibəsi yenidən canlandı.