Çin cırlimonu

Çin cırlimonu (lat. Schisandra chinensis) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin cır limon cinsinə aid bitki növü.

Çin cırlimonu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Rusiyanın Uzaq Şərqindən Çinin şimalı və Yaponiyanın mərkəzi hissələrinə qədər yayılmışdır.[1]

Botaniki təsnifatı

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 8 m-ə qədər olub, sarmaşan bitkidir. Şar formada, qırmızı rəngli, ikitoxumlu giləmeyvəyə malikdir. Toxumları sarı rəngdədir. Bitki iyun ayından başlayaraq çiçək açır, meyvələri sentyabr-oktyabrda yetişir. Yabanı halda Mancuriyanın iriyarpaq meşələrində, xüsusən meşələrin qalın yerlərində və çay kənarlarında geniş yayılmışdır. Bitkinin meyvələrindən həm təzə dərilmiş, həm də qurudulmuş halda istifadə edilir. Qurudulmuş meyvələri tünd qırmızı rəngdə olub, turş dada malikdir. Meyvələrinin tərkibində 10 %-ə qədər şəkər, alma turşusu, 1 %-ə qədər limon turşusu və 250-300 mq % C vitamini vardır. Göstərilənlərdən başqa meyvələrinin tərkibində 0,3 %-ə qədər, toxumlarında isə 1 %-ə qədər xoş ətirli efir yağı olur.

Çin cır limonunun meyvələri becərilən əsil limon kimi xoş ətirli iyə malikdir. Min cır limonunun meyvələrindən, eləcə də toxumlarından müasir təbabətdə cövhər [tiktura], tablet və poroşok şəklində zəiflikdə və yorğunluqda sinir sisteminin tonusunu artıran və orqanizmin ümumi fəaliyyətini yaxşılaşdıran dərman kimi istifadə edirlər. Meyvələrinin lət hissəsindən duru ekstrakt da hazırlanır ki, onun quşüzümü ekstraktını əvəzedici kimi işlədirlər. Cır limonun meyvəsi qanazlığında, avitaminozda, fiziki və zehni yorğunluqda çox faydalıdır.

Deyilənləri nəzərə alaraq son illərdə Azərbaycanın subtropik rayonlarında bu qiymətli bitki müvəffəqiyyətlə becərilir.

  1. Çin cırlimonu:Plants of the World Online saytında takson barədə məlumat. (ing.)
  2. Çin cırlimonu:''The Plant List saytında takson barədə məlumat. (ing.)