Çin fotiniyası (lat. Photinia serratifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin fotiniya cinsinə aid bitki növü.
Çin fotiniyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Çin fotiniyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənub-Şərqi Asiyada, Çində yayılmış təxminən 40 yarımnövü vardır.
Hündürlüyü 12 m-dək olan həmişəyaşıl ağac və ya koldur. Düz, budaqlı gövdəsi vardır. Dərili, oval, yarpaqları sadə, parlaq kənarları dişli, qısa saplaqlarda yerləşir. Yarpaqları al qırmızı, sonradan tünd yaşıl olur. Çiçəkləri kiçik, ağ, beş ləçəyi və erkəkcikləri hamar qalxanlarda və ya qısa süpürgələrdə, uc çiçək quruplarında yığılmışdır. Meyvəsi kiçik, tünd qırmızıdır. Toxumlarla, qələmlə və calaqla çoxalır. Uzunömürlüdür.
Nəmişli topağı sevmir, istisevəndir, temperaturun -120C-dən aşağı enməsinə pis dözür, daha aşağı temperaturda donur. Məhsuldar torpaqlarda yaxşı inkişaf edir.
Böyük Qafqazda, Talışda təbii halda yayılmışdır.
Yazda bol çiçəklənmə dövründə, payızda və qışda tünd yaşıllıq fonunda parlaq qırmızı meyvələrinə, yarpaqların rənginə və iri ağ çiçək qruplarına görə bütün mövsümlərdə çox dekorativdir. Tək-tək, qruplarda və canlı çəpərlərin tərtibatında istifadə edilir.