Çin hibiskusu

Çin hibiskusu (lat. Hibiscus rosa-sinensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü.

Çin hibiskusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Çin hibiskusunun vətəni Çinin cənubu və Hind-Çin şimalıdır, ancaq bitki tropik və subtropik iqlimi olan digər vilayətlərə də yaxşı introduksiya olunmuşdur. Çin hibiskusu Malaziyada "Bunqaraya" adlandırılır və milli çiçək, ölkənin simvollarından biridir, qəpik pullardada təsvir edilmişdir. Bəzən "Çin qızılgülü" adlandırılsa da, növün əsl qızılgülə (Çin qızılgülü) aidiyyatı yoxdur və digər cinsə aiddir. Yarpaq bünövrəsinin forması yumrudur.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-dək, parlaq, hamar, tünd yaşıl yarpaqlı və çiçəklərinin diametri 16 sm-dək olan həmişəyaşıl koldur. Təbii şəraitdə martdan oktyabradək çiçəkləyir. Dekorativ kol və ya kiçik ağacdır. Yarpaqları yumurtavari-neştərvari, çox və ya az ucu biz, ucu dişlidir. Çiçəkləri iri, tək, qoltuqda yerləşir; çiçək tacının diametri 7,5 sm, boruvari, saplaqları qırmızıdır.

Temperatura tələbkardır (qışda +120C-dən aşağı olmayan, yayda +250C-dək).

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Dendroloji parkda introduksiya edilmişdir. Abşeronda park və bağlarda rast gəlinir.

Bağçılıqda dekorativ bitki kimi geniş istifadə edilir, müxtəlif çalarlı və ölçülü çiçəkləri olan yeni sortları vardır.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 694.