Çin kütləvi informasiya vasitələri

Çin kütləvi informasiya vasitələriÇin Xalq Respublikasının kütləvi informasiya vasitələri.

Çin Xalq Respublikasında müasir tipli qəzetlərin nəşrinə XIX əsrin ortalarından başlanılmışdır[1].

Dövri nəşrlər

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə ölkədə ümumi tirajı 35 milyard nüsxə olan dövri nəşrlərin sayı 2 mindən çox idi[1]. Onların təqribən 20%-i Çin Kommunist Partiyasının orqanıdır[1].

Aparıcı ümummilli qəzetlərin hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar[1]:

"Jenmin jibao" (azərb. "Xalq qəzeti"‎)

ÇXR MK-nın orqanıdır. 1948-ci ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 5 milyon nüsxədir.

"Qunjen jibao" (azərb. "Fəhlə qəzeti"‎)

Ümumçin həmkarlar ittifaqları federasiyasının orqanıdır. 1949-cu ildən, gündəlik nəşr olunur. Tirajı 2,5 milyon nüsxədir.

"Szefan-tszyun bao" (azərb. "Azadlıq ordusu"‎)

ÇKPMK Hərbi şurasının orqanıdır. 1956-cı ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 800 min nüsxədir.

"Çjunqotsinnyan bao" (azərb. "Çin gəncləri"‎)

Çin Kommunist Gənclər İttifaqı MK-nın orqanıdır. 1951-ci ildə təsis edilmişdir, 1978-ci ildən həftədə 4 dəfə çıxır. Tirajı 3 milyon nüsxədir.

Elm və təhsil məsələləri "Quanmin jibao" (azərb. "Ziya"‎) gündəlik qəzetində işıqlandırılır. Həmin qəzet 1949-cu ildən nəşr olunur. Tirajı təqribən 6 milyon nüsxədir[1].

İngilis dilində olan "China Daily" qəzeti 1981-ci ildən gündəlik buraxılır[1].

İri regional qəzetlərə misal olaraq, bunları göstərmək olar[1]:

"Sitszan jibao" (azərb. "Tibet qəzeti"‎)

1956-cı ildən Lxasada gündəlik olaraq, Çin və Tibet dillərində) nəşr olunur.

"Nanfan jibao" (azərb. "Cənub qəzeti"‎)

1952-ci ildən Quançjouda gündəlik nəşr olunur.

"Sint szyanjibao" (azərb. "Sintszyan qəzeti"‎)

1956-cı ildən Urumçidə gündəlik nəşr olunur.

"Quansi jibao" (azərb. "Quansi qəzeti"‎)

Nannində gündəlik nəşr olunur.

Ölkənin aparıcı jurnallarının hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar[1]:

"Tsyuşi" (azərb. "Həqiqətə doğru"‎)

ÇKP MK-nın nəzəri orqanıdır. 1958-ci ildən 1988-ci ilədək "Xuntsi" (azərb. "Qızıl bayraq"‎) adlanırdı.

"Jenmin xuabao" (azərb. "İllüstrasiyalı xalq qəzeti"‎)

1951-ci ildən aylıq olaraq, Çin və 17 xarici dildə nəşr olunur.

"Peking Rewiev"

1958-ci ildən həftəlik olaraq, ingilis, alman, fransız, ispan və yapon dillərində nəşr olunur[2].

Ölkədə radio verilişləri 1927-ci ildən aparılır[2]. 1947-ci ildə ölkədə 42 dövlət, 90 özəl və xarici radiostansiya fəaliyyət göstərirdi. Bu sahə 1949-cu ildə milliləşdirilmişdir[2].

Pekin şəhərində Mərkəzi Xalq Radio Verilişləri Stansiyası yaradılmışdır[2].

Müxtəlif məlumatlara görə, 2008-ci ildə ölkədə 1200-dək radiostansiya işləyirdi[2].

Çin Beynəlxalq Radiosu 1941-ci ildən fəaliyyət göstərir. 2008-ci ilin məlumatlarına görə bu radio 38 dildə və 5 yerli Çin dialektində verilişlər yayımlayırdı[2].

Ölkədə televiziya 1958-ci ildən fəaliyyət göstərir[2].

2008-ci ilin məlumatlarına görə Çində 450-dən çox telestudiya var idi[2].

İnformasiya agentlikləri

[redaktə | mənbəni redaktə et]

Ölkədə iki dövlət informasiya agentliyi var[2]:

"Sinxua"

1931-ci ildə Juytszin şəhərində təsis edilmiş, 1937-ci ilədək "Qırmızı Çin" adlanmışdır; 1937-ci ildən Pekində fəaliyyət göstərir.

"Çjunqo"

Pekində təsis edilmiş bu agentlik 1952-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti əsasən xaricdə yaşayan çinliləri məlumatlandırmaq məqsədi daşıyır.

  1. 1 2 3 4 5 6 7 8 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 75. ISBN 978-9952-441-11-6.
  2. 1 2 3 4 5 6 7 8 9 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 76. ISBN 978-9952-441-11-6.