Brüs Li

Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[2][3][…], San-Fransisko, Kaliforniya[7]20 iyul 1973[4][3][…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof

Brüs Li
ing. Bruce Lee
yue. 李小龍[1]
Doğum adı 李振藩[1]
Doğum tarixi 27 noyabr 1940(1940-11-27)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 20 iyul 1973(1973-07-20)[4][3][…] (32 yaşında)
Vəfat səbəbi beyin şişi[d][8]
Vətəndaşlığı
Uşaqları
Fəaliyyəti kinorejissor, televiziya aktyoru, kino aktyoru, yazıçı, film prodüseri, ssenarist, aktyor, kaskadyor, rejissor
Fəaliyyət illəri 1950–1973
Təhsili
Boyu 1,72 m
IMDb ID0000045
{{{imzanın izahı}}}
brucelee.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Honq Konqda Brüs Linin heykəli

1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.

Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu Brüsün gələcəkdəki film karyerasınnı başlanğıcı oldu.

İdman fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kunq-Fu ustası ilə tanışlığı

[redaktə | mənbəni redaktə et]

Li on üç yaşında atasından Tay Çi döyüş dərsləri almağa başlayır. Küçə davalarından birində döyüləndən sonra bu idman növüylə ciddi maraqlanmağa başlayır və böyük ustad İp Manla tanış olur. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Brüs Li burada Ving Çun müdafiə sistemi üzrə təlim keçir.

Ən yaxşı tələbə

[redaktə | mənbəni redaktə et]
Brüs Li və müəllimi İp Man

İp Man tələbəsinin bacarığını kəşf edir, ona Kunq-Funun ən incə detallarını öyrədir. Li böyük ustanın ən yaxşı tələbəsinə çevrilir. Manın Çindəki ləqəbi "Böyük Əjdaha" idi. O, Brüs Liyə "Kiçik Əjdaha" ləqəbini verir.

Küçə davaları

[redaktə | mənbəni redaktə et]

Li zaman keçdikcə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. Bununla da onun qatıldığı döyüşlərinin sayı artmağa başlayır. Honkonqda təşkil edilən boks çempionatlarında üç dəfə çempion olan Çemsi məğlub edir və boks çempionu adını qazanır. Bununla belə, Linin adı hələ də küçə davalarında çəkilirdi. Həmin il Li Honq Konqda təşkil olunmuş "Çaça" rəqsi üzrə keçirilən yarışda qalib gəlib.

Atası onun ailəyə ləkə gətirməsini istəmirdi

[redaktə | mənbəni redaktə et]

Küçə davaları səbəbindən liseyi atmalı olur. Atası Linin hərəkətləri ilə ailəyə ləkə gətirməsini istəmirdi. Bir döyüşdə rəqibinin qolunu və ayağını qırdıqdan sonra onu ABŞ-yə göndərməyi qərara alır.

Amerika günləri

[redaktə | mənbəni redaktə et]

Linin ABŞ-yə gedərkən yanında apardığı tək şey 100 dollar və Kunq Fu təlimi idi. Amerikaya gəldiyi ilk günlərdə Sietl şəhərində ofisiantlıq edir, restoranın çardağında yaşayır. Həmçinin də təhsilini davam etdirir. Orada litseyi bitirib Vaşinqton Universitetinə daxil olur. Universitetdə oxuyarkən gecələr restoranda işləyir. Bir neçə ay sonra bu həyat tərzinin ona görə olmadığını görüb, işdən ayrılaraq kunq fu dərsləri deməyə başlayır. Li 22 yaşındaykən "Chinese Kung Fu" (özünü qoruma Fəlsəfi Sənəti) adlı kitabını dərc etdirir. Burada amerikalılara Çin mədəniyyətinin zənginliyini izah etmək üçün çinlilərdən başqa kiməsə öyrədilməsi qadağan olan Kunq Fu dərslərini verməyə başlayır. Bu məqsədlə yığdığı pulla mənzil kirayə götürür. Öz məktəbini açır. Məktəbinin adı "Jun Fan Kunq Fu School" idi. Yavaş-yavaş şagird toplamağa başlayır. Bir tərəfdən də universitet təhsilinə davam edirdi. Fəlsəfə üzrə diplom müdafiə edir. Li daha sonra Oaklandda ikinci məktəbini açır, burada geniş kütləyə, amerikalılara yad olan bu sənətin nə qədər geniş məzmunlu və dərin fəlsəfəyə sahib olduğunu isbat edir.

Çinlilər Liyə qarşı

[redaktə | mənbəni redaktə et]

Amerikalılar Kunq Fuyla ilk dəfə Brüs vasitəsi ilə tanış olublar. Tez zamanda məşhurlaşan Kunq Funun inkişafından digər boks və taekvondo məktəbləri narahat idilər. Şagirdlərin problem çıxarmasından sonra Brüs bu məktəblərin müəllimləri ilə görüşlər keçirib. Keçirdiyi yarışların heç birində məğlub olmayıb. Artıq döyüş sisteminə yeni elementlər əlavə etməsi lazım olduğuna qərar verdi. Qazandığı qələbələr ona daha da məşhurluq gətirirdi. Digər məktəblərdən olan tələbələr də Brüsün yanına gəlirdilər. Artıq Brüs 3-cü məktəbini də açmışdı. Çinlilər kunq funun başqalarına öyrədilməsinə qarşı idi. Buna görə Brüs Linin amerikanlara Kunq Fu təlimi keçməsinə də qarşı çıxırdılar. Çinlilər az danışır, bildiklərini başqalarına söyləmirdilər. Onlardan fərqli olaraq, Li kunq fu kitabı belə yazmışdı.

Nəhayət, Lini alçaltmaq üçün Çindən seçdikləri döyüşçünü onun qarşısına çıxardırlar. O, B. Linin qarşısına belə şərt qoyub:

"Sənin burada başqalarına kunq fu öyrətməyini istəmirik. Səninlə döyüşəcəm. Əgər sən qalib gəlsən dərslərinə davam edəcəksən, əks halda, bu məktəb bağlanacaq".

Brüs rəqibini 3 dəqiqə ərzində məğlub edir: "Kimə istəsəm, ona da öyrədərəm! Necə yəni? Yalnız çinlilərdəmi iradə və qabiliyyət var, digər cəmiyyətlərdə heç bir şey yoxdurmu?"- deyə cavab verib.

Döyüş sənətinə gətirdiyi yeniliklər

[redaktə | mənbəni redaktə et]

Brüs Li Kunq fuda Sisuk 3-cü Grand döyüşçü idi (xəyali yüksək dərəcə). Amma onun fikrincə, bu idman növündə bir çox lazımsız, qarışıq hərəkətlər var idi. Xüsusilə dini elementlər döyüş sənətində lazımsız hərəkətlər meydana gətirirdi. Bu tip hərəkətlərin küçədə heç bir işə yaramadığını iddia edirdi. Artıq yeni bir tərz üzərində dayanmışdı. Tez-tez boks məşqləri edirdi. O, bunun üçün xüsusi müəllimlər tutmuşdu. Taekvondonun atası kimi tanınan Con Rhi Brüs Liyə taekvondonun, məşhur idmançı Li Jan Jae isə aikidonun bəzi fəndlərini öyrətmişdi. Li Jan Jae ən yüksək dərəcəyə — "Judo Grand Master"a malikdir. Adıçəkilən müəllimlərin heç biri: "Biz ona bunları öyrətdik, biz ondan yaxşıyıq" demədilər. Çünki Brüs Li də onlara böyük usta İp Mandan öyrəndiyi Vinq Çun Kunq Funu başa salmışdı.

Həftədə 6 gün məşq

[redaktə | mənbəni redaktə et]

Brüs Li öyrəndikləri ilə kifayətlənməyib, başqa əlavə idman növlərində də ustalıq səviyəsinə yüksəlmişdi. ABŞ-yə getdiyi gündən 8 saat olmaqla, həftədə 6 gün məşq edirdi.

1964-cü ildə təşkil edilən Ed Parker turnirinə şərəf qonağı olaraq çağırılmışdı. Bu turnirdə bütün istedadlarını göstərib, bütün diqqətlər onun üzərində cəmlənib. Çünki onlar əvvəlcə belə bir şeylə qarşılaşmamışdılar. Başda məşhur karate ustadı Ed Parker olmaqla, hər kəs Linin bacarıqlarından təsirlənib. "Fury İn Red" adlı sənədli filmdə usta karateçi Ed Parkerin oğlu: "Atam deyirdi ki, Brüs həyatımda gördüyüm ən sürətli və ən güclü döyüşçü olub".

Bu turnir prodüserlər və rejissorların gözlərini qamaşdırmışdı. Ona serial, film təklif edirlər.Bu təklifləri dəyərləndirir, müxtəlif filmlərə çəkilməyə başlayır. Filmlərə çəkilərkən də idmanı heç vaxt atmayıb. Həmçinin filmlərə çəkilərkən bir çox məşhura bu idman növünün sirlərini öyrədib. Bunlar içərisində karate üzrə 7 qat dünya çempionu Çak Norris də var.

Cit Kun Do 1967-ci ildə Brüs Li tərəfindən yaradılmış bir döyüş sistemidir. Bu döyüş növü tam özünümüdafiə texnikalarına əsaslanır. "Jeet Kune" mənası-yumruğu qabaqlamaq və ya kəskin sürətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə-yol mənasını verir. Bu döyüş sistemi digər döyüş üslublarından daha təsirlidir. Çünki, üslub sadə, öyrənilməsi asan, əsl özünümüdafiə texnikaları ilə zəngin bir sistemdir. Bu döyüş növünün təməli Vin-Çun və boks döyüş növlərinə əsaslanır. Çünki, Brüs Li uşaqlıqdan Vin-Çun ustadı İp Manın yanında bu döyüş növü ilə məşğul olmuşdur. Daha sonrakı illərdə yaratdığı bu unikal döyüş üslubuna başqa idman növlərini də: Aykido, Ciu Citsu, Güləş, Kunq Fu (müxtəlif stilləri), Taekvondo, Muay tay və s. döyüş üslublarını daxil edərək onlar arasındakı fərqlərə əsasən tətbiq etmişdir. Hazırda dünyanın bütün ölkələrində bu döyüş üslubu populyardır.

Sovet İttifaqında qadağa

[redaktə | mənbəni redaktə et]

Brüs Linin filmlərindən sonra Sovet İttifaqında gizli klublarda Şərq döyüş növləri geniş yayılmışdı. Kunq funun o dövrdə SSRİ-də yayılması qadağan edilmişdi. Bu səbəbdən də bu cür döyüşlər gizli şəkildə, klublarda keçirilirdi.

Fiziki nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Brüs Li düyü dənələrini havaya atıb və yemək üçün çubuqlarla tuta bilirdi.
  • Brüs Linin zərbəsi 0,05 saniyə çəkirdi.
  • Brüs Li dayanmadan 1500 jim edə bilirdi.
  • Brüs Li 2 barmaq, bir əli ilə yerdən 200 dəfə jim edə bilirdi.
  • Brüs Li 32 kiloluq qanteli bir, düz əli ilə gözləri səviyyəsinə qaldırıb 20 saniyə saxlaya bilirdi, bir əli ilə 50 dəfə yuxarıya çəkinə bilirdi.
  • Brüs Linin zərbəsi əl ilə 1700 kiloqrama gəlirdi, ayağı ilə zərbəsi isə 3 tonu keçirdi.
  • Brüs Li on sentlik qəpiyi başqasının əlində həmin şəxs əlini yummamış dəyişməyi bacarırdı.
  • Brüs Li həddindən artıq çox cəld idi. Normal bir filmdə saniyədə 24 kadr olarkən Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu.
  • Brüs Linin boyu 1.62 m, çəkisi isə 57 kiloqram olub.
  • Brüs Linin ölümünü çox vaxt "Dim Mak" (Ölümün toxunuşu) sənəti ilə əlaqələndirirlər.

Film karyerası

[redaktə | mənbəni redaktə et]

İlk uzun metrajlı filmi Çinli prodüser Raymond Çou yeni qurduğu film şirkəti Qoldan Harvestla (Golden Harvest) çəkilən filmidir. Film Honq Konq və cənub-şərqi Asiya bölgəsində indiyə qədərki ən çox satılan film olur. Bundan sonra Asiyalıların çəkdiyi "Qəzəbin yumruğu" filmində çəkilir. Linin bu filmlərində özünə xas xüsusi stilini də görmək olurdu. Dövrün super ulduzu Vang Yu Böyük Usta çəkilən filmin gözəl olması üçün döyüş səhnələrinin xoreoqrafiyasını nizamlarkən gecə gündüz çalışırdı. Hərəkətli səhnələr uzun planlı çəkilişlər tələb edirdi. Nunçaku, Bo, Kali, bıçaqlar və bunun kimi bütün döyüş alətlərindən istifadə edərək döyüş səhnələrini daha da təsirli edirdi.

Sonralar Green Hornet adlı bir serialda çəkilməyə başladı. Lakin bu serial bir mövsüm sonra bağlandı. Daha sonra Ceyms Qarnerin çəkildiyi "Marlove" adlı filmdə kiçik bir rolda çəkildi. Şikəst oldu amma imtina etmədi. Bu kiçik rol ona heç bir fayda vermədi. Li ondan sonra döyüş 3 Knuns adlı məktəb açmağa qərar verdi.O, burada şagirdlərinə Jit Kun Donu öyrətdi. Stiv MakKuin, Kərim Əbdul Cabbar, Ceyms Koburn, Den İnosanto kimi tanınmış şagirdləri oldu. 1970-ci illərdə Hollivud ilə Honq Konqdan ona inanılmaz təkliflər gəldi. Bu illərdə kürəyindən çox ciddi zədə aldı.

Brüs Li çəkildiyi filmlərlə Kunq Funu bütün dünyada məşhur etdi. Eskrima ustası Den Inosanto, Linin xüsusi stili Jit Kun Donun qətiyyən göstəriş üçün olmadığını, əksinə çox həqiqi, bədən hərəkətlərinin funksiyasına uyğun bir idman olduğunu söyləyərdi. Linin bütöv bir idmançı olduğunu, Jit Kun Donun da həqiqi döyüş sənəti olduğunu, bununla yanaşı Brüs Linin də çox yaxşı bir aktyor olduğunu, döyüş sənətini fantastik bir şou olaraq tamaşaçıya sərgiləməyi bacara bildiyini söyləyərdi.

Brüs Linin üçüncü filmi "Əjdahanın yolu" oldu. Bu filmdə Linin yanında köməkçi aktyor olaraq Amerikada yeddi dəfə karate çempionu olmuş Çuk Norris çəkildi. Filmin final mübarizəsində isə sanki KarateKunq Funun mübarizəsi göstərilirdi. Brüs Linin hər filmində bir yenilik vardı. Brüs Li Dan İnosanto və Kərim Abdül Cabbar ilə "Ölüm Oyunu" filmində də çəkildi. Amerikan filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən Amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəldi. Buna görə sənətçi "Ölüm oyunu" filmini yarıda qoyaraq, Çin Amerikan ortaq istehsalı olan "Əjdahanın çıxışı" filmi çəkildi. Amerikan Kinosunda və Uzaq şərq filmində super ulduzla çevrilən Li "Ölüm oyunu" adlı filmini tamamlamadan vəfat etdi.

Həkimlər ona döyüş sənətin əl çəkməsini və yaxşılaşması üçün yataqdan çıxmaması lazım olduğunu söylədilər. Bu dövr Brüs Linin həyatında ən pis dövrlərindən biriydi. 6 ay yataqda qaldı.Bu zaman "Cit Kun Do Tao" (TAO of JEET KUNE DO ) adlı kitab yazmağa başladı. Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Brüs Li 1964-cü ildə Linda Emeri adlı qızla evləndi. 1 fevral 1965-ci ildə onların Brendon adlı oğlu dünyaya gəldi. Bir neçə il sonra 19 aprel 1969-cu ildə isə Şanon adlı qızı dünyaya gəlib.

Brüs Li və Brandon Linin məzarları

20 iyul 1973-cü ildə Brüs Linin ölümü faciə olaraq qaldı. Fiziki sağlamlığının insanlar tərəfindən çox yaxşı olduğu bilinirdi. Ölüm səbəbinin təbii səbəblərdən ola biləcəyi düşünülürdü.

Brüs Bettində baş rolda oynayacağı "Ölüm oyunu" adlı filmi bitirirdilər. Raymond günortadan sonra axşam yenidən görüşmək arzusu ilə onlardan ayrıldı. Başağrısından şikayət edən Brüsə Betti hər vaxt özünün də istifadə etdiyi bir aspirin qarışığı olan Equogesic verdi. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına getdi. Raymond axşam nə üçün gəlmədiklərini öyrənmək üçün onları axtardığında Betti, Brüsün yataqda qaldığını söylədi. Raymond Bettinin evinə gedib Brüsü qaldırmağa çalışdı amma bacara bilmədi. Onu qurtarmaq üçün edilən bir çox müvəffəqiyyətsiz sınaqdan sonra təcili yardım çağırıldı.

Brüs xəstəxanaya çatdırıldıqda artıq vəfat etmişdi. Təcili yardımda ürək və tənəffüsə müdaxilə edildi. Amma bir həyat əlaməti yox idi. Brüsün necə öldüyü əslində müzakirə mövzusu oldu. Ölümünün beynindəki şişdən ola biləcəyi deyildi. Bunun doğuşdan mı, yoxsa daha sonra mı ortaya çıxdığı məlum deyildi. Amma başında hər an partlamaq üzrə olan ziyan görmüş bir damarla çox vaxtı yox idi. Hətta ölümündən 2 ay əvvəl bir beyin zədəsi keçirmişdi. Minlərlə insan küçələrə tökülüb, son səfərində onu tək buraxmaq istəmədilər. Kütləni dayandırmaq üçün polis tərəfindən barrikadalar qurulurdu. Digər bir faciədə isə oğulu Brendon Linin 31 mart 1993-cü ildə ABŞ-nin Şimali Karolina əyalətində "Qarğa" adlı filmin çəkilişləri əsnasında qarnından vurularaq ölməsidir. Brüs Li ABŞ-nin Sietl əyalətində Leyk Vyu qəbiristanlığında basdırılmışdır. Brendon Li də atasının yanında basdırılıb. Hər gün özünün və oğlunun məzarı dünyanın dörd bir tərəfindən gələn insanlar tərəfindən ziyarət edilir.

İl Filmin adı Filmin orijinal adı
1941 Qızıl darvaza Qız Golden Gate Girl
1946 Bəşəriyyətin yaranması The Birth of Mankind
1948 Var dövlət xəyala bənzəyir Fu gui fu yun
1949 Sai xəyyallarda görünür Meng li xi shi
1950 Uşaq Xi lu xiang
1951 Körpəlik dövrü Ren zhi cue
1953 Saysız hesabsız evlər Qian wan ren jia
1953 Günah Atadadır Fu zhi guo
1953 Rəhbərlik işığı Ku hai ming deng
1953 Ananın göz yaşları Ci mu lei~A Mother's Tears
1953 Dağıntının qarşısında Wei lou chun xiao
1955 Yetimin faciəsi Gu xing xue lei
1955 Yetimin mahnısı Gu er xing
1955 Xoşlamaq Ai
1955 Xoşlamaq 2 Ai xia ji
1955 Biz öz uşaqlarımıza borcluyuq Er nu zhai
1956 Birlikdə keçən xoş zamanlar Zhia dian na fu
1957 Tufan Lei yu
1960 Yetim Ren hai gu hong
1966/67 Yaşıl İt Arısı The Green Hornett
1969 Marlov Marlowe
1971 Uzun Küçə Longstreet
1971 Böyük Boss The Big Boss
1972 Qəzəbin yumruğu Fist of Fury
1972 Əjdahanın qayıdışı The Way of the Dragon
1972 Ölüm oyunu The Game of Death (həmin vaxt filmin cəmi 39 dəqiqəsi çəkiılmiş. film tam şəkildə başqa bir aktyorun iştirakı ile ancaq 1978-də başa catmışdır)
1973 Əjdahanın çıxışı Enter the Dragon

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]