Çin püstəsi (lat. Pistacia chinensis) — əslən qərbi Çindən gələn bitki.[1]
Çin püstəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Çin püstəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çin püstəsi təbii olaraq, təpə və dağ meşələrdə, daşlı torpaqlarda, dəniz səviyyəsindən 100-3600 metrə hündürlükdə olan ərazilərində böyüyür. Onu Qitə Çini (ən şimali və ən qərbi hissələrindən istisnası ilə) və Tayvanda tapmaq olar.[1]
İkievli bitkidir. 5 m hündürlüyündə həmişəyaşıl, enli çətirli ağac və ya koldur.Gövdəsinin qabığı tünd rənglidir.Yarpaqları növbəli,cütlələkvaridir.Yaşılımtıl çiçəkləri xırda,sıx salxımşəkilli çiçək qrupuna toplanmışdır.Meyvələri 4–5 mm uzunluğunda çəyirdəkmeyvədir,ucu itidir.Abşeronda oktyabr-noyabr aylarında çiçəkləyir,meyvələri aprel-may aylarında yetişir.Toxumla çoxaldılır.
Şaxtaya davamsızdır,Abşeronun sərt şaxtalarında yerüstü hissəsi məhv olur,aprel-may aylarında yenidən bərpa olunur.
Mərdəkan dendrarisində 2009-cu ildə introduksiya olunmuşdur.Abşeronda mədəni şəraitdə becərilir.
Abşeronda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir.Erkək ağacdan qatran alınır.Mastikada 90%-dək rezin,qatran turşuları və 1-3% efir yağı vardır.Efir yağında pinen vardır ki,ondan diş plomblarının hazırlanmasında və yara sağaldan vasitə kimi həlimindən istifadə edilir.
Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine