Uyğur ehramları — Çində gizlədilən türk ehramları əslində kurqanlardır. Çin kurqanların araşdırılmasını qadağan edib. "Ağ ehram" (və ya Türk ehramı) adlandırılan kurqanın dünyanın bütün ehramlarından hündür olduğu təxmin edilir.[1]
Uyğur ehramları Türk ehramları | |
---|---|
Türk piramidaları | |
34°20′17″ şm. e. 108°34′10″ ş. u.HGYO | |
Ölkə | Çin |
Şəhər | Sian |
Tikilmə tarixi | e.ə. 15000–5000-cü illər |
Kəşf tarixi | 1945 |
Çin hakimiyyətindəki Şərqi Türkistan sərhədləri daxilində, Sian şəhərindən 100 km məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəddən çox ehram ilə yanaşı, 300 metr hündürlüyündə "Ağ ehram" adlandırılan nəhəng tikinti var.[2]
Bəzi iddialara görə, bu ehramların mövcudluğu Qərb elm adamlarına öncədən də məlum olub. "Elm xəbərləri"("Science News") qəzeti İkinci dünya müharibəsi illərində ehramlar haqqında belə bir yazı yayımlayıb: "Bölgədəki ehramlar palçıq və torpaqdan hazırlanıb. Misir ehramlarından çox kurqanlara bənzəyir və bölgə hələ kəşf edilməyib". Bölgədəki amerikalı alimlər Ağ ehramın 300 metr hündürlükdə olduğunu bildirirlər ki, bu, Misir ehramlarından iki dəfə ucadır. Bir nəzəriyyəyə görə, Mu qitəsinin mövcudluğu zamanı qitədə çox təkmilləşmiş bir mədəniyyət hökm sürüb. Bu mədəniyyət qitənin yox olması ilə Cənubi Amerika və Asiyaya yayılan mədəniyyətin bir-birinə bənzəyən texnikadan istifadə ilə tikintilərdə davam edib.[1]
Maya ehramları, İnk ehramları, Astek ehramları və Zikkuratların da bir-birlərinə oxşayan üsul ilə tikilməsi bu nəzəriyyəni gücləndirir.[1] Misir ehramlarının Çindəki türk ehramlarının görüntülərindən yararlanaraq hazırlandığı, həmçinin mumiyalamanın da qədim türklərə aid olduğu türkiyəli alim Kazım Mirşan tərəfindən sübuta yetirilib. Çin mətnlərinə görə, türklər e.ə. 5000–1500-cü illərdə Orta Asiyada mədəniyyətlərinin ən parlaq dönəmində olub. Ehramları da bu illər arasında bölgədə yaşayan uyğurlar tikib.[1]
Kazım Mirşan bu günə qədər çözülməyən 184 ədəd Misir heroqlifini qədim türk dilində oxuyub. Oxuduğu mətndə mumiyalama texnikasının e.ə. 3000-ci illərdə Altaylardan gəldiyi ortaya çıxıb. Yaxın dövrdə ehramların içinə girməyi və fotosunu çəkməyi bacaran tək insan olan Oktan Kələşin açıqlamaları tarixə yeni bir ölçü gətirə bilər. Oktan Kələşin araşdırmasına görə, təxminən 5 min illik tarixi olan ehramların inşa və mumiyalama işləri Misirdəkindən daha yüksək səviyyədədir. Oktan Kələş ehramları ziyarət etdiyi zaman türk tarixinin başdan-ayağa dəyişə biləcəyini deyib. Yaşlı bir çinli rəhbər ilə ehramlara gizlicə girən Oktan Kələş ehramın içində türklərə aid simvol, heykəl və lövhələr olduğunu aşkarlayıb. Ehramın içində 2 metr hündürlüyündə 1 mumiya, üzərində qurd başları və ay-ulduz simvolu var. Həmçinin, 3 metr hündürlüyündə Oğuz Xaqanın (Kağan) surəti mövcuddur.[3]
Türk araşdırmaçı və yazıçı Oktan Keleşin gündəliyindən: Sincan Uyğur Bölgəsində görüşdüyümüz şəxs özbəöz bir Türk idi. O, Bölgədə bizim rəhbərliyimizi edəcək. Kənddəki əhalinin çoxu çinli olmasına baxmayaraq, qonaq olduğumuz evdə 83 yaşında olduğunu deyən çinli qoca, anasının bir Uyğur Türkü olduğunu, qohumlarından da bir-ikisinin Uyğur Türkləri ilə evli olduğunu deyir. Biz çinli qocaya ehram haqqında nə bilidiyini soruçanda o bizə bunları dedi: Ora əslində Türklərin atalarına aid qəbirstanlıqdır. İçəridə mumyalar var, ehramın içi çox soyuqdur, orda ayrıca, Türklərin atalarına aid şəkil və yazıların olduğunu deyir. Haqqında dediyi yazıların və mumyaların, sadəcə bir bölümdə olduğunu, başqa bölümlərin bağlı olduğunu deyir.Ayrıca bunları da qeyd edir ki, O uşaq olarkən, kənddə xəstələnən uşaqları bu ehramın içinə götürüb, mumyaların yanında bir müddət saxladıqdan sonra, uşaqların sağaldıqlarını söyləyir. Özlərinin də uşaq ikən əmisini götürdüklərini deyir. Ehramın içində bir çox yazı və ərimiş tabletlərin birbirlərinə yapışdıqlarını ifadə edir. Qoca çox qəribə bir şey də dedi: Bu qoca Çinlinin babası, 120 yaşında ölüb. Çinlinin babası Bu tikililərin (ehramların), türklərin atalarına aid, "dünyada tikilən ilk kitabxana" olduğunu demişdi. Qocanın babası, çox müdrik adam imiş. Ayrıca Türklərin atalarına çox hörmət edən bir kişi imiş. Bu müdrik adam, öləndən sonra ehramın 3 km yaxınlıqdakı bir qəbirstanlıqda dəfn edilmişdir. Ondan babasının hansı inanca mənsub olduğunu sual veririk. Çünki o Buddist idisə yandırılmalı idi. O isə Çox qəribə bir şey danışır: O babasının Göy Tanrısı inancına sahib olduğunu və buralarda yandırılma hadisəsinin olmadığını, Budistliklə uzaqdan yaxından əlaqəsi olmadığını deyir. Çində təxminən 20 milyon insanın bu inanca sahip olduğu ehtimal edilir. Aradan bir müddət vaxt keçir və biz böyük piamidanın yanına gəlirik. İçəri girəndə hər yerin qaranıq olduğunu görürük. Fənərlərimizi yandırıb baxanda, qarşımızda düz bir divarın yuxarı tərəf uzandığını görürük. İçəridə biraz su sızıntısı vardı.Bu ya yığılan yağış sularından ya da içəri ilə çölün istilik fərqindən ola bilər. İçərisi kif iylənirdi. İrəli getməyə başladıq amma adım atanda narahat bir şəkildə atırdıq. Çinli qoca, birdən əliylə işarə edərək, fənəri göstərdiyi tərəfə tutmağımızı söylədi. Fənəri, tuttuğumuz anda, buranın bir qəbir otağı olduğunu anladıq. Hər yerdə 2 metrə yaxın boyu olan mumyalar var idi. Mumyanın yan tərəfində bir qayada cürbəcür işarələr və yazılar olduğunu gördük. Orda Ay ulduz, qurt başları, və s. İşarələr var idi. Divarda, 3 metrəyə yaxın boyu olan, təxminən qranit daşdan düzəlmə bir heykəl vardı. Maraqlısı odur ki, baş tərəfində cüt buynuzu vəya antenaya oxşayan iki dənə nəsnə var idi. Başının ortasında yenə ay –ulduz rəmzi diqqəti cəlb edirdi. Yenə yanında bir qadın və qucağında uşaq heykəli mövcud idi. Heykəlin baş tərəfi qırılmışdı.Yavaş-yavaş Hər şeyi araşdırmağa başlayırıdıq. Qoca Çinli, dizlərinin üzərinə çöküb bir şeylər dedi. O bu mumyanın bir kişiyə aid olduğunu, 30 il əvvəl onun üzünün daha net olduğunu, hətta ayaqlarında çəkməyə bənzəyən şeylər olduğunu izah edi.Bu mumyanın isə bəzı parçalarını vaxtilə kəndlilər qoparıb. Buna görə də xarab olmaya başlayıb. O qayada da qurt başları, ay ulduz və o mumyanın sahibinə aid məlumatlar var imiş. Ən əsası cüt buynuzlu və ya cüt antenaya oxşayan başı olan qranit daşdakı o üzü sual verdik: Onun isə bizi olduqca həyəcanlandıran bu cümlələri oldu: "O sizin atanız: OĞUZ XAQANın təmsili surətidir". Bunları eşidəndə : (Oğuz, Öğüz, Öküz: Güclü, böyük buynuzlu mənasına gəlir. Ərəbcədə isə, Zülqərneyn; cüt buynuzlu mənasına gəlir. Oğuz Xaqan; öz dövründə, başına geyiniyi, buynuzları olan başlıqları ilə məşhurdur…) bu məlumatlar ağlımıza gəldi. Bu xəbərlər qarşısında çox həyəcanlandıq. O baxa bilmədiyimiz bölgədə isə pilləkənlərdən aşağı düşəndə, yerdən başqa bir mumya olduğunu və onun heç xarab olmadığını, ayrıca minlərlə tabletlər olduğunu, vaxt keçdikcə bu tabletlərin bir qisminin əriyərək bir-birinə yapıştıqlarını və bu ehramın, -təxminən- "Oğuz Xaqanın qəbri olduğunu" dedi.Daha bir çox qəbir otaqları olduğunu və hamısının bağlı olduğunu dedi. O uşaq ikən bir neçə dənəsini gördüyünü, vaxt keçdikcə çöküntülər nəticəsində bağlandıqlarını danışdı.
Bəzi araşdırmalardan çıxan məlumatlar belədir. Çinin Sian bölgəsində, 300 metr olduğu deyilən böyük bir ehram və ətrafında cürbəcür boylarda bir çox ehramlar olduğu deyilir. Bu ehramlar Orta Amerikadakı ehramlar kimi düz bir təpəyə malikdir. Bu ehramların 5000-6000 illik olduqları təxmin edilir. Pramidaların ən böyüyü olan "Ağ ehram", 2. Dünya müharibəsi ərəfəsində Amerikalı pilot James Gaussan, Hindistandan Chungkingə ərzaq daşıyanda gördüyünü xəbər etdi. Onların Əhəng daşından tikildiyini təxmin etdiyini dedi.Beləcə, bu bölgədəki böyük ehramların müzakirəsi başladı. Alman araşdırmacısı yazıçı, Hartwig Hausdorf əraziyi şəxsən ziyarət etdi. Bir çox materiyal və məlumat topladı hətta bir neçə şəkil əldə etdi. Ancaq bu şəkillər bir iki dənə və uzaqdan çəkilmişdi. Daha sonra, Çin hakimiyyəti, bu bölgədə araşdırma etməyi həm xarici araşdırmaçılara həm də öz araşdırmaçılarına və arxeoloqlarına qadağan etdi.
1954-cü ildə C-54 təyyarəsindən çəkilən ilk şəkil Life jurnalında nəşr olundu. Hausdof bu ehramlarda, qədimi Türklərə aid yazılar və çox fərqli mumiyalar olduğunu desədə də bu məlumatları sübut etmək üçün kifayət qədər məlumat olmadığından şübəylə baxılmışdır.
Bir televiziya proqramına qatılan keçmiş Sağlamlıq naziri Halil Şıvgın, "1984-cü ildə Çini ziyarət etdiyini, orda qədim Misir mədəniyyətindən daha öndə olan texnologiya ilə düzəlmiş mumyalar gördüyünü" ifadə etmişdir. Bu məsələdə araşdırma etmək istəyən bir çox araşdırmaçı və arxeoloq Çin hökumətinə müraciət etmiş, amma müraciətlərini nəzərə almamışdır. Bəzi vaxtlarda bura turist olaraq gedən araşdırmaçılar, ehramları uzaqdan gördüklərini və ətrafda milli paltarlar içində Çinli kəndliləri gördüklərini demişdilər.
Çinin, bu ehramları gizlətmək üçün üzərinə torpaq töküb ağaclandırdığı da deyilir.