Çin tunq ağacı

Fordi yağlıağacı, Çin tunq ağacı (lat. Aleurites fordii)[1] - yağlıağac cinsinə aid bitki növü.[2] Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır.ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir.

Fordi yağlıağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır.Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir.Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır.Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.Bir və ya ikievlidir.., kasacıq 2-3 dilimlidir.Ləçəkləri 25-30 mm uzunluqdadır, enli yumurtavaridir, qaidədə bir qədər çəhrayıdır.Bunlar 1,5-3 sm uzunluqda olmaqla ağ və ya çəhrayı rəngdədir.Meyvəsi 5 sm-ə qədər diametrdə, iri, şar formasında, çəyirdəkli olub, xaricdən ətli qabığa malikdir.Toxumları yumurtavari, boz, yanlardan basıq və bərk qabıqlıdır, 2-3 sm uzunluqdadır. Zəhərlidir, mayda çiçəkliyir, sentyabr-oktyabr ayında bisə meyvəsi yetişir.Toxumlar vasitəsilə çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Quraqlığa davamlıdır. İsti və işıqsevəndir, münbit torpaqlarda yaxşı bitir.Çox turşulu və kirəcli torpaqlarda bitmir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranda 1935-ci ildən əkilib becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Bakıda 1-2 illik bitkilər şaxtadan ziyan çəkir, meyvələri zəhərli oluğu üçün əhəmiyyətli deyildir. Tunqun meyvəsindən alınan yağdan lak, boya sənayesində istifadə olunur.

Şəkillər[redaktə | mənbəni redaktə et]



Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.