Çinarə Məlikzadə (11 oktyabr 1990, Bakı) — Azərbaycanlı müğənni, aktrisa. Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb.[1]
Çinarə Məlikzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1990 (34 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Janr | pop musiqisi |
Təhsili |
Çinarə Məlikzadə 11 oktyabr 1990-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərən Çinarə Məlikzadə xalq artisti Oqtay Zülfiqarovdan xanəndəlik dərsi alıb və musiqi məktəbində fortepiano üzrə oxuyub.[2] 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.[3] "Pöhrə", "Yeni Ulduz", "O səs Türkiye" kimi bir çox müsabiqələrdə iştirak edib.[2]
Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısı ilə məşhurlaşdıqdan sonra solo fəaliyyətə başlayıb.[4] O, hazırda həm filmlərə çəkilir, həm də solo ifaçıdır.[5]
Mustafa Ceceli, Haluk Levent, Rafet El Roman kimi sənətçilər ilə duetlər ifa edib və birlikdə səhnəyə çıxıb.[1]
Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.[6] O, müxtəlif dövlət tədbirləri və konsert proqramlarında çıxış edib.[7]
Azərbaycan, Türkiyə, Şimali Kipr, ABŞ, Polşa, İsveç, Ukrayna kimi bir sıra ölkələrdə müxtəlif konsert və musiqi tədbirlərində çıxış edib, bir sıra solo konsertlər verib.
2019-cu ildə İlham Qasımovun çəkdiyi 8 beynəlxalq festivalın qalibi olan "Qız qalası" filmində,[8][9] İran və Türkiyənin birgə ərsəyə gətirdiyi rejissorluğu Mehrdad Qafarzadəyə aid "Bana bir aşk şarkısı söyle" filmində rol alıb.[10]