Çingiz Abbasov

Çingiz Abbasov — Azərbaycanın neftçi alimi, Bakı Neft texnikumunun direktoru (1973–1981), 80 texnikum üzrə direktorlar şurasının sədri (1974–1980).

Çingiz Abbasov
Doğum tarixi (97 yaş)
Doğum yeri Sus, Laçın rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri Neft və qaz yataqlarının işlənməsi
Elmi dərəcəsi elmlər namizədi
İş yeri Bakı Neft texnikumunun direktoru (1973-1981)
Təhsili M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu
Mükafatları "Azərbaycanın əməkdar neft mühəndisi"

Çingiz İsgəndər oğlu Abbasov 27 noyabr 1926-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 2–3 yaşında atasını itirmiş və anası 3 uşağını zəhmətkeşlik ruhunda tərbiyə etmişdir. Sus kəndində məktəb olmadığından kənddən 3–4&;km məsafədə yerləşən Qızılca kənd məktəbinə 1936–1938-ci illərdə təhsil almışdır. 1939-cu ilin yayında ailə Laçın şəhərinə köçmüş və təhsilini orada davam etmişdir. 1946-cı ildə Laçın şəhərindəki orta məktəbi "Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün" Gümüş medalla bitirmişdir və imtahansız M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə bitirmiş və "Dağ mühəndisi" adını almışdır.

1942–1946-cı illərdə — Laçın şəhər orta məktəbində Baş pioner dəstə rəhbəri (eyni zamanda kitabxanaçı) axşamlar isə kinomexanik köməkçisi işləyib.

1951–1952-ci illər — Dövlət elmi-tədqiqat layihə institutunda (indiki Az. NQS. DETLİ) mühəndis.

1952–1958-ci illər — "Lenin Neft" tresti (hazırkı "Balaxanı Neft" NQÇİ) 8-ci mədəndə neftçıxarma ustası (sahə rəisi), 14 və 12-ci mədənlərdə baş mühəndis və 14-cü mədəndə müdir.

1958–1966-cı illər — Az. DETLİ Neftçıxarma texnologiyası laboratoriyasının böyük mühəndisi, böyük elmi işçi , laboratoriya müdiri. (12 elmi tədqiqat işinin rəhbəri və məhsul icraçısı, 17 dərc olunmuş məqalə və kitab. Akademik Azad Mirzəcanzadənin elmi redaktorluğu ilə yazılmış, Azərbaycan SSR Ali və xüsusi Orta ixtisas Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Neft yataqlarının istismarı" dərsliyi (40 ildən yuxarıdırki istifadə olunur) 15 ədəd məqalə (texniki). "Laydan qum çıxarılması və quyularda tıxac əmələgəlməsi ilə mübarizə" monoqrafiyası.

1959–1965-ci 2003–2007-ci illərdə Az. NQSDETLİ-də işlədiyi dövrdə 50-yə yaxın əsərin müəllifi və yaxud şərik müəllifi olmuşdur.

1981–2007-ci illər Layların neftveriminin artırılması, laylara kimyəvi və biotexnoloji (mikrobioloji) üsullara laylara təsir edilməsi üzrə 13 məqalə müəllifi.

1966–1973-cü illər — SSRİ Neftçıxarma sənayesi Nazirliyi — "Başcənubneftçıxarma" idarəsində istehsalat-texniki şöbə rəisi, Elmi — Texniki-İqtisadi idarədə Elmi-texniki məlumat, patent və ixtiralar şöbəsinin rəisi.

1973–1981-ci illər — SSRİ neft sənayəsinin təqdimatı ilə ən böyük texnikumu (SSRİ miqyasında) olan "Bakı Neft texnikumunda direktor". (3500 tələbə kontingenti, o cümlədən 200 nəfər xarici ölkələrdən) həmdə Neft yataqlarının istismarı fənnindən dərs deyir.

1974–1980-ci illər — 80 texnikum üzrə direktorlar şurasının sədri.

1981–2003-cü illər — "Azneft" İstehsalat Birliyi.

1981–1988-ci illər — Layların neftveriminin artırılması şöbəsinin rəsi.

1988–1992-ci illər — Həmin şöbədə aparıcı mühəndis.

1992–1994-cü illər — "Azərineft" Neft və qazçıxarma üzrə Baş İdarə.

1994–2003-cü illər — Quruda neft və qazçıxarma İstehsalat Birliyi neft və qaz yataqlarının işlənməsi və layların neftveriminin yüksəldilməsi şöbəsinin rəisi.

2003–2006-cı illər — Azərbaycan Neft — Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu- laylara fiziki-kimyəvi üsullarlatəsir laboratoriyasının böyük elmi işçi. 1 ədəd dərsliyin 1 ədəd monoqrafiyanın 50-dən yuxarı elmi-texniki (dərc olunmuş) məqalələrin müəllifidir. 2006-cı ildən fərdi təqaudçüdür.