Çingiz Mehdioğlu

Aşıq Çingiz Mehdipur (28 aprel 1961, Şeyxhüseynli, Şərqi Azərbaycan ostanı) — Dalğa musiqi qrupunun, Rövşən musiqi məktəbinin qurucusu, ilk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq.[1]

Çingiz Mehdipur
Aşıq Çingiz Mehdipur
Ümumi məlumatlar
Doğum tarixi 28 aprel 1961(1961-04-28) (63 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, aşıq
Musiqi alətləri Qopuz, saz
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybər şəhərinə bağlı olan Şıx Həsənli kəndində anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərib və Qaradağın seçilən aşıqlarında olan əmisi, Aşıq Eynullanın yanında, aşıqlığı və qopuz çalmağı öyrənməyə başlayır. 1977-ci ildə Tehrana gedib orada musiqi təhsilini davam etdirir. 1989-cu ildə Təbrizə qayıdandan sonra ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsini öyrənib.[2]

1983-cü il də, Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başladı. 1990-cı ildə öz Dalğa Musiqi Qrupunu yaradaraq dünyanın bir çox yerində məşhurlaşdı.

1992-ci ildə Rövşən Musiqi Məktəbini qurub qopuz çalmağı öyrətməklə yanaşı "Qopuz məktəbi və onun elmi öyrənməsi" kitabını yazmağa başlayıb. Aşıq Çingiz bu kitabı 2000-ci ildə çap etdirəndən 4 il sonra, Aşıq Havaları adlı kitabını yazıb.[2]

Saz havalarını ilk dəfə notlaşdıran Çingiz Mehdipurdur. Müasir saz məktəbinin gec yaranması hər şeydən əvvəl sazı tədqiq edən, notlaşdıran peşəkar musiqiçinin, elmi ədəbiyyatın, elmi-metodik vasitələrin olmamasından irəli gəlirdi. Ç.Mehdipurun 2000-ci ildə Təbrizdə nəşr etdirdiyi "Qopuz məktəbi" kitabı bu sahədə bir ilk oldu. Ayrı-ayrı aşıq məktəblərimizin saz havalarını qarşılıqlı müqayisə metodu ilə incələyən Ç.Mehdipur 2004-cü ildə Təbrizdə "Aşıq havaları" kitabını çap etdirir. Əsərdə "mi" kökü və "Segah" üzərində incələnərək nota köçürülmüş 36 hava yer alır. Bunun ardınca 2007-ci ildə Bakıda konservatoriyanın xətti ilə "Saz məktəbi" kitabı çap olunur ki, 2012-ci ildə folklor institutunun, elmi şurasının qərarı ilə dərs vəsaiti kimi təsdiq edilir və İncəsənət Universitetində tədris olunur.[3]

  1. "Aşıq musiqisini ilk dəfə nota köçürən Çingiz Mehdipur və onun "Dalğa" musiqi qrupu". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  2. 1 2 "Məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.
  3. "Çingiz Mehdipur, "Dalğa" aşıqlar qrupunun konsert afişası və Türkmən qalstuku". 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14.