Yanaqimori məbədi (柳森神社, Yanaqimori-cinca?) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Kanda çayının və Akihabara bölgəsinin yaxınlığında yerləşir.
Şintoizm | |
Yanaqimori məbədi (柳森神社?) | |
---|---|
Din | |
Festivalları | 15 may |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Şəhər | Tokio |
Rayon | Çiyoda |
Memarlıq | |
Tikdirəni | Ota Dokan |
|
|
Şintoizm terminologiyası |
Yanaqimori məbədi 1457-ci ildə Ota Dokan tərəfindən tikilmişdir. O, həmçinin Edo qəsrini tikdirmiş və dizayn etmişdir. Məbəd keçmiş qəsrin şimal-şərqində tikilmişdi. Ota Dokan burada pis hislərin qarşısını aldığına inanılan söyüd ağacları əkdirmişdir. Məbədin adının yapon dilindən tərcümədə "söyüd ağacı məbədi" mənasını verməsinin səbəbi budur. Məbəd qurulanda Kiotoda yerləşən Böyük Fuşimi İnari məbədinin qolu kimi qurulmuşdur.[1]
Məbəd əvvəlcə İnarinin simvolu olan kitsunelərə həsr olunsa da, XIX əsrin sonundan etibarən tanukilərlə assosiasiya olunmağa başlanmışdır. Belə ki, XVII əsrdə şoqun Tokuqava Tsunayoşinin anası Keyşoin Edo qəsrində tanuki tanrısı Fukucu-inariyə həsr olunmuş məbəd tikdirmişdir. Bu məbəd onun nəvəsi Tokuqava İenobunun diqqət mərkəzində olmuşdur. Bu məbəd daha sonra Akihabaranın şərqində yerləşən Kuramae bölgəsinə, 1868-ci ildə isə Yanaqimori məbədinə köçürülmüşdür. Köçürülməsindən sonra məbəd Yanaqimori məbədi ilə birləşmişdir.[1]
Yanaqimori məbədinin ləqəbəi O-Tanuki-samadır. Belə ki, burada böyük xayalarla və qarınla təsvir olunmuş tabuki heykəlləri yerləşir, lakin məbəd yarananda tanukilərə deyil, əvvəlcə kitsunelərə həsr olunduğu üçün burada kitsune heykəlləri də görmək mümkündür. Məbəddə Fuciko kultuna aid olan memorial daşlar yerləşir.[1]
Məbəd kompleksinə 7 kiçik məbəd daxildir. Əsas məbəd orijinal Yanaqimori məbədidir və İnariyə həsr olunmuşdur. Girişində daşdan hazırlanmış iki kitsune heykəli yerləşir: sağda yerləşən və topla təsvir olunan ruhu, solda yerləşən və bala ilə təsvir olunan uşaqları simvolizə edir. O-Tanuki-san Keyşoin tərəfindən tikdirilmiş və tanuki tanrısına həsr olunmuş məbəddir. Kotohira məbədi isə dəniz səyahətinə çıxanların qoruyucusu hesab olunur.[1]
Məbəddə qırmızı yazılara malik olan çikara-işilər (güc daşları) yerləşir. Bu daşlar gənclər tərəfindən güclərini nümayiş etdirmək üçün istifadə olunurdu. Məbəddə çox nadir olan sakura növü – qyoiko sakura ağacı bitir. Bu ağac 1970-ci illərdə məbəddə əkilmişdir. Məbədin illik festivalı 15 mayda baş tutur.[1]
2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədi real həyatda bu məbədə əsaslanır.[2][a]